Azərbaycanın Neft Fondu ilk 5-likdə!
Neft və qaz gəlirlərinin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünün təmin edilməsi məqsədilə yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) fəaliyyətə başladığı müddətdən bəri ölkənin sosial-iqtisadi həyatında önəmli rol oynamaqla bərabər, vəsaitlərin idarə edilməsi, idarəçilik, institusional quruculuq, hesabatlılıq və şəffaflıq kimi istiqamətlərdə beynəlxalq səviyyədə örnək qurum kimi tanınaraq ən ali mükafatlara layiq görülmüş və ölkəmizin nüfuzunun yüksək səviyyədə qorunub saxlanılmasında əhəmiyyətli töhfə vermişdir.
Bu, Fondun yaydığı məlumatda deyilir.
Məlumatda qeyd edilib ki, Suveren Fondların şəffaflıq və hesabatlılıq istiqamətində fəaliyyətinin dəyərləndirməsini həyata keçirən Beynəlxalq İqtisadiyyat üzrə ABŞ-nin nüfuzlu Peterson İnstitutunun tərtib etdiyi və cari ilin fevral ayında nəşr olunan 2019-cu il üzrə Suveren Fondların Şəffaflıq və Hesabatlılıq üzrə qiymətləndirmə cədvəlində ARDNF 64 suveren fond arasında 92 xal toplayaraq 5-ci yerdə qərarlaşmışdır.
2019-cu il üzrə qiymətləndirmə cədvəli qlobal suveren fondların vəsaitlərinin idarə edilməsi, idarəçilik, dayanıqlılıq, şəffaflıq və hesabatlılıq, və eləcə də Santyaqo Prinsiplərinin tətbiqi kimi müxtəlif istiqamətlərin dəyərləndirilməsi əsasında formalaşmışdır. ARDNF 2019-cu il üçün qiymətləndirmədə hər bir kateqoriya üzrə demək olar ki, maksimuma yaxın bal toplamışdır.
Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu eyni zamanda suveren fondlar üçün vahid beynəlxalq standartlar toplusu olan Santyaqo Prinsiplərinin tətbiqi ilə bağlı da qiymətləndirmə cədvəli tərtib etmişdir. Bu cədvəl 24 Santyaqo Prinsipindən suveren fondların qiymətləndirmə cədvəlinə uyğun gələn 16 prinsipin tətbiqi və eləcə də onların elementlərin dəyərləndirilməsi əsasında formalaşmışdır. Azərbaycan Dövlət Neft Fondu Santyaqo Prinsipilərinin tətbiqi üzrə qiymətləndirmə cədvəlində də 5-ci mövqedə qərarlaşmışdır.
ABŞ-ın Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu (PİİE) 1981-ci ildə təsis edilmişdir və bu qurum özəl və qeyri-kommersiya təşkilatı olub beynəlxalq iqtisadiyyatın araşdırılması sahəsində ixtisaslaşmışdır. ABŞ-ın ən nüfuzlu universitetlərindən biri sayılan Pensilvaniya Universitetinin Beynəlxalq elmlər şöbəsinin rektoru Ceyms Makqann tərəfindən hazırlanmış 2020-ci il “Global Go to Think Tank Index” hesabatına əsasən Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu ABŞ-ın 1 nömrəli “Think Tank”ı statusunu qazanmışdır və eləcə də 2020-ci il üzrə dünya “beyin mərkəzləri” reytinqində 9-cu mövqedə qərarlaşmışdır. Eyni zamanda PİİE 2016-2019-cu illər üzrə dünyada Beynəlxalq İqtisadi Siyasət üzrə ən mükəmməl beyin mərkəzi sayılır və bu institut eləcə də 2020-ci ildə ən mükəmməl idarəçilik kateqoriyasında birincilik statusuna malikdir.
https://www.piie.com/sites/default/files/documents/pb21-3.pdf
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 1 gün sonra
-
- 9 d. əvvəl
-
38 d. əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə süküləcək
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
PAŞA Bank-dan sahibkarlar üçün 3 ay komissiyasız və limitsiz biznes ödənişləri
-
1 saat əvvəl
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı
-
2 saat əvvəl
bp Özbəkistanda SOCAR-dan da pay almaqla "Şimali Üstyurd" sazişinə qoşuldu
-
2 saat əvvəl
Metrodakı köhnə vaqonlar 2042-ci ilə qədər istifadədən mərhələ ilə çıxarılacaq
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Azərbaycan neftinin son qiyməti
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı
Ən çox oxunanlar
Dərnəgüldən qatarla birbaşa rayonlara!
Çinin avtomobil ixracında güclü artım
Rəsmi məzənnələr açıqlandı
Lökbatanda yerləşən anbarın 50 faizə yaxını yanıb
Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər

















.jpg)






