Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının İllik Toplantısı və Biznes Forumu keçiriləcək - TARİX
1-2 iyul 2026-cı il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı və Biznes Forumu keçiriləcək.
Marja Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, İllik Toplantıda Bankın fəaliyyətinin nəticələri nəzərdən keçiriləcək, 2025-ci il üzrə maliyyə hesabatları təsdiq ediləcək, habelə Bankın gələcək fəaliyyət istiqamətləri və institusional inkişaf məsələləri müzakirə olunacaq.
Toplantı çərçivəsində “Bazarların əlaqələndirilməsi, iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq kimi” mövzusunda baş tutacaq Biznes Forumda isə Azərbaycanın iqtisadi inkişaf prioritetləri, regional əməkdaşlığın gücləndirilməsi, eləcə də QDTİB-nin ölkəmizdə həyata keçirdiyi layihələr, inkişafın maliyyələşdirilməsi sahəsində mövcud tendensiyalar və çağırışlar ətrafında müzakirələr aparılacaq.
Eyni zamanda, Forumun gündəliyinə uyğun olaraq, regional bağlantıların genişləndirilməsi, şaxələndirilmiş maliyyələşmədirmə mexanizmlərinin dayanıqlı iqtisadi artıma töhfəsi, eləcə də Azərbaycanın Avropa ilə Asiya arasında mühüm iqtisadi və nəqliyyat qovşağı kimi rolu diqqət mərkəzində olacaq.
Tədbir çərçivəsində müxtəlif təqdimatların, plenar sessiyaların və işgüzar müzakirələrin keçirilməsi, həmçinin sahibkarlar və maliyyə institutlarının nümayəndələri arasında ikitərəfli (B2B) görüşlərin təşkili nəzərdə tutulur.
QDTİB Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan 11 dövlət – Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılmış çoxtərəfli beynəlxalq inkişaf maliyyə institutudur. Baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir.QDTİB üzv ölkələrdə davamlı iqtisadi inkişafın və regional əməkdaşlığın təşviqinə xidmət edir, dövlət və özəl sektor layihələrinin maliyyələşdirilməsi, kreditlərin və kredit xətlərinin təqdim edilməsi, investisiyaların və zəmanətlərin verilməsi, eləcə də ticarətin maliyyələşdirilməsi istiqamətlərində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 22 saat sonra
-
- 8 d. əvvəl
- 13 d. əvvəl
- 29 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq"
-
3 saat əvvəl
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
-
3 saat əvvəl
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
-
3 saat əvvəl
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
"AzQR ödənişlərinin sayı 30 dəfədən çox artıb"
"İnternet provaydeləri yüksəksürətli paketləri daha münasib etməsələr, ölkədə internet “boğulmaqda” davam edəcək"

























