DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
Müşahidələr göstərir ki, təkcə bu ilin əvvəlindən sükan arxasında mobil telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta faktı aşkarlanıb.
Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.
Qeyd olunub ki, bu statistika sürücülərin bir qisminin hələ də diqqəti yayındıran bu təhlükəli vərdişdən tam imtina etmədiyini göstərir:
"Mobil telefondan istifadə nəticəsində yaranan diqqətsizlik ağır yol-nəqliyyat hadisələrinə səbəb ola biləcək əsas risk amillərindən biridir. Bu təhlükənin qarşısının alınması nəzarət tədbirləri ilə yanaşı, hər bir sürücünün yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmasından və sükan arxasında diqqətini yalnız yola yönəltməsindən asılıdır".
Baş Dövlət Yol Polisi İdarəsi mobil telefondan istifadənin yaratdığı əsas təhlükələri bir daha xatırladıb:
Diqqətin yayınması: Telefona baxan sürücü yolda baş verənləri vaxtında qiymətləndirə bilmir, yol nişanlarını, nişanlanma xətlərini, piyadaları və digər hərəkət iştirakçılarını nəzərdən qaçıra bilir.
Reaksiyanın gecikməsi: Telefonla məşğul olan sürücünün reaksiyası əhəmiyyətli dərəcədə ləngiyir ki, bu da qəfil yaranan təhlükə zamanı əyləc və ya manevr imkanlarını məhdudlaşdırır.
Nəzarətin itməsi: Mobil telefona yönələn diqqət sürücünün hərəkət zolağından çıxmasına, təhlükəli manevrlər etməsinə və qarşıdakı məsafəni düzgün qiymətləndirə bilməməsinə səbəb olur.
"Unutmayaq ki, heç bir zəng, mesaj və ya bildiriş insan həyatından dəyərli deyil. Sükan arxasında məsuliyyətli davranış yalnız öz təhlükəsizliyimizi deyil, yolda olan hər bir insanın həyatını qorumaq deməkdir", məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 22 saat sonra
-
- 8 d. əvvəl
- 13 d. əvvəl
- 29 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq"
-
3 saat əvvəl
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
-
3 saat əvvəl
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
-
3 saat əvvəl
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
"AzQR ödənişlərinin sayı 30 dəfədən çox artıb"
"İnternet provaydeləri yüksəksürətli paketləri daha münasib etməsələr, ölkədə internet “boğulmaqda” davam edəcək"

























