Sahibkar hansı vergiləri verməlidir? - II hissə

Həmçinin oxu:Sahibkar hansı vergiləri verməlidir? - II hissə
VÖEN nədir?
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2000-ci tarixli 222 nömrəli qərarına əsasən mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə aparılır.
2001-ci ilin 1 yanvar tarixindək uçota alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrini onlara əvvəllər verilmiş identifikasiya nömrələri (VÖİN) təşkil edir və təqdim olunan bildirişlər vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamələrə bərabər tutulur.
VÖEN olmadan fəaliyyət göstərən şəxsdən vergi necə tutulur?
Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar.
Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin gəlirlərindən vergi Vergi Məcəlləsinin 101.1-ci maddəsində qeyd olunan cədvələ uyğun olaraq hesablanır və dövlət büdcəsinə ödənilir.
Vergi Məcəlləsinin 150.3.3-ci maddəsinə əsasən isə vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərdən ödəmə mənbəyində vergini tutanlar rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına müvafiq bəyannaməni təqdim etməlidirlər.
Misal: 1. I rübdə “R.E.Qarayev” MMC həyət yani sahəsində olan çəpəri rənglətdirmək istəyir. Bunun üçün o, boyaçı ilə 300 manat müqabilində, görünəcək iş üçün müqavilə bağlayır. Bu halda MMC-nin məsul şəxsi, boyaçı işi görüb bitirdikdən sonra müqavilədə göstərilən məbləğdən 300 x14% = 42 manat vergi tutmalıdır.
2. I rübdə “R.E.Qarayev” MMC ofisi təmir etmək istəyir. Bunun üçün o, ustaya ilə 3000 manat müqabilində görünəcək iş üçün müqavilə bağlayır. MMC-nin məsul şəxsi, usta işi görüb bitirdikdən sonra, müqavilədə göstərilən məbləğdən 350 + (3000-2500) *25% = 475 manat vergi tutmalıdır.
Bu məbləğ haqqında aprel ayının 20-nə kimi, vergi orqanına bəyannamə verməlidilər.
Bundan əlavə sabit vergi ödəyiciləri də var ki, onların fəliyyəti Vergi Məcəlləsinin 220.10 maddəsi ilə tənzimlənir. Onlar bəyannamə vermirlər.
Sabit vergi ödəyiciləri kimlərdir və onlar hansı formada vergi ödəyillər?
Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət – aylıq sabit vergi məbləği 30 manat
Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət– aylıq sabit vergi məbləği 30 manat
Çəkməçi, pinəç - aylıq sabit vergi məbləği 5 manat
Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri - aylıq sabit vergi məbləği 10 manat
Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), gözətçi və digər analoji işlər - aylıq sabit vergi məbləği 10 manat
Nəqqaşlıq emalatxanalarının fəaliyyəti – aylıq sabit vergi məbləği 20 manat
Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər – aylıq sabit vergi məbləği 15 manat
Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər – aylıq sabit vergi məbləği 5 manat
Vergi Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:
1. Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0;
2. Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1,5;
3. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;
digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0,5.
Misal: Bərbər Bakı şəhərində fəaliyyət göstərirsə 2*15 = 30 manat ay üzrə vergi ödəməlidir.
Sumqayıtda fəaliyyət göstərirsə - 15 * 1,5 = 22 manat 50 qəpik ay üzrə vergi ödəməlidir.
Lənkəranda fəaliyyət göstərirsə - 15*1 = 15 manat ay üzrə vergi ödəməlidir.
Sabirabadda fəaliyyət göstərirsə - 15 * 0.5 = 7 manat 50 qəpik vergi ödəməlidir.
Bu məbləği hər ayın əvvəli ödəməlidir. Fəaliyyətin olmaması vergi ödəməməsi üçün səbəb göstərilə bilinməz.
© Marja.az üçün, iqtisadçı - ekspert Rauf Qarayev
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 11 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
14 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
