Mərkəzi Bank özəl banka maliyyə sanksiyası tətbiq edib
Mərkəzi Bank “Rabitəbank” ASC-yə maliyyə sanksiyasının tətbiq olunması haqqında məlumat yayıb.
Qeyd edilib ki, bank sistemində likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məcburi ehtiyat normaları alətindən istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunla (Qanun) yanaşı, Mərkəzi Bankın “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması” Qaydası (Qayda) ilə tənzimlənir. Bundan irəli gələrək, banklar tələb olunan məcburi ehtiyatların Qaydaya müvafiq surətdə Mərkəzi Bankda olan müxbir hesablarında saxlanmasını təmin etməlidirlər.
15.07.2025-14.08.2025-ci il tarixlərini əhatə edən saxlama dövründə “Rabitəbank” ASC manatla məcburi ehtiyatları tələb olunan normadan az saxlamaqla Qaydanın tələblərinə riayət etməmişdir. Bundan irəli gələrək, Qanunun 32-ci maddəsinə müvafiq olaraq Mərkəzi Bank tərəfindən “Rabitəbank” ASC-yə qarşı 1857.54 manat (min səkkiz yüz əlli yeddi manat əlli dörd qəpik) məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 d. əvvəl
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
- 27 d. əvvəl
-
-
49 d. əvvəl
DTX-nın Balakəndə əməliyyat keçirirdiyi, İcra başçısının saxlanıldığı bildirilir
-
50 d. əvvəl
Starbucks-ın satışları təxminən 2 ildən sonra ilk dəfə artıb
-
1 saat əvvəl
Volkswagen 1,3 milyard avro zərərə düşdü – tariflər və Porsche problemləri
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda 5 bankın nizamnamə kapitalı 300 milyon manatdan çoxdur
-
1 saat əvvəl
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fintex Assosiasiyasının yeni rəhbəri seçildi – Edqar Abdullayev
Son Xəbərlər
“Prior Credit BOKT”ın vəzifəli şəxsi cərimə edilib
Starbucks-ın satışları təxminən 2 ildən sonra ilk dəfə artıb
Samsung mənfəətini ikiqat artırıb
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstəyi gücləndirir
Ən çox oxunanlar
Fintex Assosiasiyasının yeni rəhbəri seçildi – Edqar Abdullayev
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda hotellərdəki yerlərin 75 faizi boş qalıb
3-cü rübdə 100 milyard dollardan çox gəlir əldə edib
3 ayda 78 milyard dollara yaxın gəlir əldə edib











.jpg)












