ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Dünya miqyasında geniş maliyyə xidmətləri göstərən İsveçrənin böyük maliyyə holdinq şirkəti vəbankı UBS, qlobal əmtəə sənayesinədən bəhs edən "House View "hesabatını yayımlayıb.
Marja xəbər verir ki, hesabatda investisiya bankının ən son qızıl (XAU/USD) qiymət hədəfi (qiymət proqnozu) 6200 dollar/unsiya səviyyəsində açıqlanıb ki, bu da geosiyasi risklər ilə əsaslandırılır.
Qızılın unsiyasının qiyməti 20 fevral tarixində 2,2% bahalaşaraq 5107 dollar səviyyəsinə çatıb.
ABŞ-ın İranı vurması riskinin artması sarı metalı bahalaşdırır
UBS-in, qızılın daha da bahalaşacağını gözləməsinin əsas səbəblərindən biri İran ilə Vaşinqton arasında gərginliyin artmasıdır. Bu gərginlik xam neft qiymətlərində artımı sürətləndirib – Brent markalı neft 72 dollar/barel səviyyəsində ticarət olunub.
Qeyd edək ki, ABŞ Yaxın Şərqdə qoşun toplayır.
Analitiklər qeyd edirlər ki, ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu göcləndirməsi bu ilin əvvəlində Venesuela Prezidenti Nicolás Maduronu ələ keçirmək üçün apardığı əməliyyatla müqayisədə daha geniş miqyaslıdır. Bu addım ABŞ-ın Venesuelada olduğu kimi birdəfəlik əməliyyat deyil, İranla uzunmüddətli müharibəyə hazırlaşdığını göstərir.
UBS-in strateqi Dominik Şnayder bildirib ki, ayrı-ayrı geosiyasi hadisələr nadir hallarda qlobal bazarlara daimi təsir göstərir, lakin onlar müvəqqəti volatillik sıçrayışlarına güclü təkan verir və investorları qızıl kimi portfel hedc alətlərinə yönəldir.
Cümə günü ABŞ-da inflyasiya və iqtisadi artım göstəricilərinin gözləntiləri doğrultmaması fonunda da qızıl qiymətləri artıb.
İnvestorlar həmçinin Ali Məhkəmənin Prezident Donald Trumpın genişmiqyaslı tariflərini ləğv edən qərarının qiymətli metallara təsirini qiymətləndiriblər. Eyni zamanda, ABŞ-İran arasında artan gərginlik "təhlükəsiz liman" tələbatını gücləndirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)




