Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

VTB (Azərbaycan) sahibkarlar üçün QR ödəniş xidmətini istifadəyə verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
VTB (Azərbaycan) sahibkarlar üçün QR ödəniş xidmətini istifadəyə verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

VTB (Azərbaycan) fərdi sahibkarlar üçün AniPay vasitəsilə QR‑kodla ödəniş xidmətini istifadəyə verib.

Marja xəbər verir ki, yeni xidmət sahibkarlara smartfon vasitəsilə QR‑kod yaratmaqla nağdşız ödəniş qəbul etməyə imkan verir. Müştəri QR‑kodu skan etdikdən sonra ödənişi təsdiqləyir və vəsait dərhal sahibkarın hesabına köçürülür.

Xidmət VTB (Azərbaycan)-ın rəqəmsal ekosisteminə tam inteqrasiya olunub və məsafədən qoşulur ki, bu da kiçik biznes sahibkarları üçün prosesi maksimum rahat edir. Yeni həll AniPay vasitəsilə QR‑ödənişlərin tətbiq imkanlarını genişləndirir və ticarət və xidmət sahəsində fəaliyyət göstərən sahibkarlar üçün hesablaşmaları daha da sadələşdirir.

“Biz sahibkarlar üçün rəqəmsal ekosistemi ardıcıl şəkildə genişləndirir və təkmilləşdiririk, daha rahat, sürətli və əlçatan hesablaşma həlləri təqdim edirik. AniPay ilə inteqrasiya biznesə smartfon vasitəsilə ödənişləri qəbul etmək üçün əlavə imkanlar yaradır və müasir, effektiv xidmət modelini dəstəkləyir”, - deyə VTB (Azərbaycan) bankının idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru Tural Hüseynov bildirib.

AniPay (Ani Ödənişlər Sistemi - AÖS), Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış, fiziki şəxslər, biznes subyektləri və dövlət orqanları arasında 24/7 rejimində real vaxtda və təhlükəsiz pul köçürmələrini təmin edən sistemdir. Bu sistem vasitəsilə telefon nömrəsi, VÖEN, FİN kod və ya e-mail istifadə edərək saniyələr ərzində köçürmələr həyata keçirmək mümkündür.

VTB (Azərbaycan) AniPay Azərbaycan Respublikasının Mərkəzi Bankı QR-kodla ödəniş Ani Ödənişlər Sistemi AÖS fərdi sahibkarlar üçün ödəniş həlli nağdsız hesablaşmalar real vaxtda köçürmə 24/7 ödəniş sistemi smartfonla ödəniş qəbulu rəqəmsal bankçılıq VTB rəqəmsal ekosistem kiçik biznes üçün maliyyə həlləri ticarət və xidmət sektorunda ödəniş dərhal hesaba köçürmə təhlükəsiz pul köçürmələri telefon nömrəsi ilə ödəniş VÖEN ilə köçürmə FİN kodla transfer e-mail ilə ödəniş fintech həlləri Azərbaycan biznes üçün innovativ ödəniş elektron ödəniş infrastrukturu bank xidmətlərində rəqəmsallaşma sahibkarlar üçün yeni xidmət sürətli və əlçatan hesablaşma nağdsız iqtisadiyyat ödəniş texnologiyaları bank sektoru yenilikləri
20.02.2026 14:27

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18