Bank “BTB” ASC 3 milyon manat məbləğində kapital artımını uğurla tamamlayıb
Bank “BTB” ASC maliyyə dayanıqlığını daha da gücləndirmək və strateji inkişaf planlarına uyğun olaraq kapital bazasını möhkəmlətmək məqsədilə 3 milyon manat məbləğində kapital artımını uğurla həyata keçirib.
Marja xəbər verir ki, bu, Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 07.04.2025-ci il tarixli məktubu ilə qeydə alınmış istiqraz emissiyası tam yerləşdirilmişdir.
"Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1 000 manat, sayı 3 000 ədəd, ümumi həcmi 3 milyon manat olan faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar bazara təqdim olunmuşdur. 7 il tədavül müddətinə malik olan bu istiqrazların emissiyası subordinasiya borc öhdəliyi kimi tanındığından, Bank “BTB” ASC-nin II dərəcəli kapitalını artırmağa və maliyyə dayanıqlığını daha da gücləndirməyə xidmət edir.
Bu uğurlu kapital artımı Bank “BTB” ASC-nin 2025-2027-ci illər üçün inkişaf strategiyasına uyğun olaraq dayanıqlı maliyyə göstəricilərinin qorunmasına, bazardakı mövqeyinin möhkəmləndirilməsinə və böyümə planlarının həyata keçirilməsinə imkan yaradacaqdır",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
44 d. əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























