"Bank Avrasiya" kiçilib - BANK 2025-Cİ İLƏ AZALMALAR İLƏ BAŞLAYIB
"Bank Avrasiya" ASC kiçilib.
Marja.az xəbər verir ki, 2024-cü ilin sonunda "Bank Avrasiya"nın cəmi aktivləri 200 milyon 978 min manata çatsa da, 2025-ci ilin 1-ci rübündə (yanvar-mart) 4 milyon 577 min manat və ya 2,3% azalaraq 31 mart 2025-ci il tarixində 196 milyon 400 min manat təşkil edib.
Bankın kiçilməsi müştərilərə verilmiş kreditlərin (kredit portfeli), banklar və digər maliyyə institutlarındakı depozitlərin azalması ilə əlaqədardır. İlk rübdə "Bank Avrasiya"nın cəmi kredit portfeli 4 milyon 537 min manat və ya 3,3% azalaraq 131 milyon 627 min manata, banklar və digər maliyyə institutlarındakı depozitləri isə 7 milyon 176 min manat və ya 20,3% azalaraq 28 milyon 214 min manata düşüb.
Qeyd edək ki, "Bank Avrasiya"nın kredit portfeli 2024-cü ildə də azalıb. Belə ki, 2023-cü ilin sonunda Bankın cəmi kredit portfeli 137 milyon 169 min manat ikən, 2024-cü ilin sonunda 136 milyon 164 min manat olub (1 milyon 5 min manat azalıb). O cümlədən, 2024-cü il ərzində bankın biznes kreditləri portfeli 66 milyon 214 min manatdan 62 milyon 480 min manata geriləyib.
2025-ci ilin ilk rübündə "Bank Avrasiya"nın biznes kreditləri portfeli 3 milyon 283 min manat azalaraq 59 milyon 196 min manata, ipoteka kreditləri portfeli isə 1 milyon 847 min manat azalaraq 57 milyon 330 min manata düşüb. İstehlak kreditləri portfeli isə 593 min manat artaraq 15 milyon 100 min manata yüksəlib.
"Bank Avrasiya"da depozitlər də azalıb. Belə ki, 2025-ci ilin ilk rübündə Bankın cəmi depozit portfeli 5 milyon 635 min manat və ya 8,9% azalaraq 57 milyon 380 min manata geriləyib. "Bank Avrasiya"da həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin depozitləri azalıb.
Qeyd edək ki, "Bank Avrasiya" ASC-nin səhmdarları "TOP PROPERTIES" MMC (nizamnamə kapitalında payı 49.5%), “AZBIZNESKOM” MMC (nizamnamə kapitalında payı 49.5%) və Eynullayev Rüstəm Tarıverdi oğludur (nizamnamə kapitalında payı – 1%).
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 5 saat əvvəl
-
-
8 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
8 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
8 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq











.jpg)






.jpg)


