Bank BTB Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil edib
(®) Bank BTB-nin kollektivi gələcəyimiz olan uşaqlar üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sabirabad rayonunda "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyi ilə birgə və Güvən Xeyriyyə İctimai Birliyinin təşkilati dəstəyi ilə tədbir təşkil edib.
Tədbir çərçivəsində “İdeyam var” müsabiqəsinin qalibi, Bankın əməkdaşı Aytən Süleymanlının ideyası əsasında hazırlanmış oyuncaq qutusuna bank əməkdaşları və bankın müştəriləri tərəfindən toplanmış oyuncaqlar, məntiqi inkişaf oyunları və digər hədiyyələr Sabirabad rayonunda Yeni Həyat İctimai Birliyi tərəfindən təsis edilmiş mərkəzdə tədris alan 3-13 yaş aralıqlı uşaqlara təqdim edilib. Gün ərzində mərkəzdə aztəminatlı və sosial müdafiəsi zəif olan ailələrdən olan uşaqlarla yanaşı, müəyyən fiziki qüsurlu uşaqlar da müxtəlif kurslarda, maraqlı təhsil layihələrində tədris alırlar. Bank BTB-nin əməkdaşları uşaqlarla müxtəlif maraqlı fəaliyyətlər və oyunlar keçirib, birgə nahar edib, uşaqlar üçün maraqlı və yaddaqalan bir tədbir təşkil ediblər.
Bank BTB-nin KSM siyasətinin bir istiqamətində uşaqların və yeniyetmələrin inkişafına və təhsilinə töhfə vermək, yeniyetmələrin asudə vaxtını səmərəli təşkil etmək, onlarda bədii qiraətə və idmana marağı artırmaq, intellektual inkişafı, uşaqların fiziki inkişafı və sağlam həyat tərzini formalaşdırmaq, təhsili və maarifləndirilməsi istiqamətində işlər aparmaqdır. Bank BTB uşaqlarla müxtəlif maraqlı sosial layihələri bundan sonra da davam etdirəcəkdir.
Parlaq gələcəyimiz naminə PAYLAŞ, SEVİNDİR!
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























