Azercell-in “İdeya İnkubasiya Proqramı”nın qalibləri müəyyən oldu
(®) “Azercell Telekom” MMC, ADA Universiteti Fondu (Azərbaycan) və ADA Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “İdeya İnkubasiya Proqramı”nın qalibləri müəyyən edilib.
Qaliblərin mükafatlandırma mərasimi ADA Universitetində baş tutub. Ümumilikdə qeydiyyatdan keçən 20 komandadan 5-i finalda öz biznes modelini nümayiş etdirmək imkanı qazanıb. Peşəkar mentor və mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən aparılan dəyərləndirmə nəticəsində analitik düşüncə, problemi müəyyən etmə bacarığı, həllin aktuallığı, bazar araşdırması və digər üstünlüklərə malik üç komanda qalib seçilib.
1-ci yerə “Hackwarts” komandası layiq görülüb. Gənclər öz biznes modelləri çərçivəsində şirkətlərdə kadr axtarışı prosesini asanlaşdırmağı və buna sərf olunan zamanı azaltmağı hədəfləyiblər. Belə ki, komandanın təqdim etdiyi platforma namizədlərdən tələb olunan texniki bacarıqların vahid məkandan yoxlanılmasını mümkün edib. 2-ci yerə innovativ tədris metodları və yanaşmalarını özündə əks etdirən elektron tədris-metodiki platforma ilə “Academia” komandası seçilib. 3-cü yerin sahibi isə müasir məkanlarda şəbəkə planlaşdırılmasını optimallaşdırmağa imkan verən həll ilə “NetEdge” komandası olub.
Qaliblər pul mükafatı ilə yanaşı, Azercell şirkətində təcrübə keçmək imkanı əldə ediblər. Eyni zamanda, bütün komandalara dəyərli hədiyyələr və sertifikatlar təqdim olunub.
Tədbirdə çıxış edən ADA Universiteti Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev “Azercell Telekom” MMC ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib: "ADA-nın sosial məsuliyyət layihələrini uzun illərdir dəstəkləyən Azercell universitet nəzdində yaradılan fondun ilk tərəfdaş şirkətlərindən biridir. ADA Universitetində startap mühitinin inkişafı, ideya əsaslı biznesin qurulmasına yönələn bu əməkdaşlıq, eyni zamanda ölkəmizdə bu sahənin inkişaf etdirilməsinə də öz töhfəsini verir. İnanıram ki, birgə səylərlə ərsəyə gətirdiyimiz təşəbbüslərimiz tələbələrimizin peşəkar kimi formalaşmasında mühüm rol oynayacaq, onlara beyin güclərini kapitala çevirmək üçün möhkəm zəmin yaradacaq.”
Xatırladaq ki, bir il ərzində davam edən proqram çərçivəsində ADA Universitenin tələbələri müxtəlif mentorluq sessiyalarında, yerli və xarici mütəxəssislərin seminarlarında iştirak etmək imkanı əldə ediblər. Layihə iştirakçıları peşəkar mentorların dəstəyilə öz ideyalarını təkmilləşdirərək yeni məhsul yaratmaq bacarıqlarına yiyələnib, innovativ həllər üzərində çalışıblar.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























