CDB Bankın qovuşduğu AtaBank-ın vəziyyəti məlum oldu
Bu il “Caspian Development Bank”ın (CDB Bank) qovuşduğu“AtaBank”ASC 2017-ci ilin birinci yarısını 1 milyon 692 min manat xalis mənfəət ilə yarılayıb. Halbuki, Bank 2016-cı ilin birinci yarısında 10 milyon 550 min manat xalis mənfəət əldə etmişdi.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun ayları ərzində “AtaBank”ın faiz və qeyri-faiz gəlirləri cəmi 23 milyon 194 min manat, xərcləri isə 19 milyon 192 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin birinci yarısında “AtaBank” 32 milyon 114 min manat cəmi gəlir əldə etmişdi.
Bank 4 milyon manat əməliyyat mənfəətinin 2 milyon 309 min manatını ehtimal olunan kredit və depozit itkiləri üzrə ehtiyata ayırıb. Nəticədə Bankın 1 milyon 692,3 min manat xalis mənfəəti qalıb.
30 İyun 2017-ci il tarixində “AtaBank” 609 milyon 875 min manat cəmi aktivlərə, 458 milyon 143 min manat cəmi öhdəliklərə və 151 milyon 731 min manat cəmi balans kapitalına malik olub.
“AtaBank” 2016-cı ilin sonunda 472 milyon 541 min manat cəmi aktivlərə, 412 milyon 730 min manat cəmi öhdəliklərə və 59 milyon 811 min manat cəmi balans kapitalına malik idi.
Birinci yarımildə müştərilərə verilən kreditlər 406 milyon 533 min manatdan 532 milyon 494 min manata, depozitlər isə 269 min 591 min manatdan 291 milyon 182 min manata artıb.
Mərkəzi Bankın banka qarşı tələbləri 10 milyon manatdan 20 milyon manata yüksəlib.
Qeyd edək ki, bu ilin İyun ayının əvvəlində “Caspian Development Bank”ın “AtaBank”a birləşməsi başa çatıb. Rəqmlərdə artım birləşmədən qaynaqlanır.
“AtaBank” 144 milyon 345 min manat məcmu kapitala malikdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
22 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
-
16 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı

























