Twitter-in ən böyük səhmdarı oldu
Tesla-nın qurucusu və Twitter-in aktiv istifadəçisi Elon Musk Twitter-dən təxminən üç milyard dollara səhmlər alıb və şirkətin səhmlərinin 9,2 faizinə sahib olub.ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) İlon Maskın (Elon Musk) Twitter-in səhmlərinin 9,2 faizini aldığını açıqlayıb.
Marja xəbər verir ki, məlumat açıqlandıqdan sonra Twitter səhmləri sessiya öncəsi əməliyyatlarda 26% bahalaşıb.
Məlumata görə, İlon Mask martın 14-də 73 milyon 486 min 938 Twitter səhmini alıb. Twitter-in cümə günü bağlanış qiymətinə əsasən səhmlərin cəmi dəyəri 2,89 milyard dollardır. Maskın aldığı səhm onu şirkətin ən böyük səhmdarlarından birinə çevirir. Bu rəqəm Twitter-in qurucusu Cek Dorsinin 2,25 faiz payından dörd dəfə çoxdur.
Twitter-dən aktiv şəkildə istifadə edən Maskın platformada 80 milyondan çox izləyicisi var.
Mask, keçən ay sosial media hesabından verdiyi açıqlamada Twitter-in ifadə azadlığına yanaşması səbəbindən yeni bir sosial media platforması qura biləcəyinə işarə etmişdi.
9,2 faiz payla Mask Twitter-in 2 faizinə sahib olan həmtəsisçisi Cek Dorsini qabaqlayaraq ən böyük səhmdarı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 23 d. əvvəl
-
-
29 d. əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Ən çox oxunanlar
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti
Dünyanın ən dəyərli markaları
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan neftinin qiyməti azalıb

























