ABB-dən İslam bankçılığı çərçivəsində yeni məhsul
ABB biznes üçün 5 milyon manatadək faizsiz maliyyələşmə məhsulu təqdim edir. Bizneslər avadanlıq və əmlakı faizsiz maliyyələşmə ilə əldə edə biləcəkABB İslam bankçılığı prinsiplərinə əsaslanan yeni “Murabaha” məhsulunu müştərilərə təqdim edib.
Marja xəbər verir ki, yeni məhsul biznes subyektlərinə faizsiz maliyyələşmə imkanı yaradır. “Murabaha” çərçivəsində sahibkarlar biznes fəaliyyəti üçün zəruri olan avadanlıq, daşınar və daşınmaz əmlak, eləcə də digər aktivləri əldə edə biləcəklər.
Məhsul üzrə maliyyələşmə məbləği 100 min manatdan 5 milyon manatadək müəyyən edilib. Müştərilər maliyyələşməni manat, ABŞ dolları və ya avro ilə əldə edə bilərlər.
ABB-nin məlumatına görə, “Murabaha” məhsulu üzrə ödəniş müddəti 1 ildən 3 ilədək nəzərdə tutulub. Müştərilər əldə etdikləri aktivin dəyərini əvvəlcədən razılaşdırılmış şərtlər əsasında hissə-hissə ödəyəcəklər.
Bank bildirir ki, məhsul üzrə faiz ödənişi tətbiq edilmir. Bunun əvəzində, maliyyələşmə əvvəlcədən şəffaf şəkildə razılaşdırılmış mənfəət marjası əsasında təqdim olunur.
Yeni məhsul sahibkarlara iri məbləğli alışları təxirə salmadan həyata keçirmək, biznesin genişləndirilməsi və investisiya planlarını daha rahat icra etmək imkanı verəcək.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
40 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 43 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























