İnnovasiyalar Agentliyinin zərəri 2 dəfədən çox artıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında İnnovasiyalar Agentliyi 2020-ci ili 2 milyon 225 min manat zərərlə başa vurub.
Qurumun maliyyə hesabatınagörə, bu, 2019-cu illə müqayisədə 2,35 dəfə çoxdur.
Ötən il İnnovasiyalar Agentliyinin ticarət fəaliyyətindən gəlirləri 64 min manat (əvvəlki ilə nisbətən təxminən 8 dəfə çox), investisiya gəlirləri 35 min manat (2,3 dəfə çox), ehtiyata ayırmalar üzrə qənaəti 11 min manat (əvvəlki il ehtiyat yaradıb), əməliyyat xərcləri 65 min mnaat (4,8 dəfə çox), inzibati xərcləri 2 milyon 272 min manat (3,6 dəfə çox), digər gəlirləri isə 2 min manat təşkil edib.
Bu il yanvarın 1-nə İnnovasiyalar Agentliyinin aktivləri 29 milyon 676 min manat olub ki, bu da illik müqayisədə 2,6% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri təxminən 4% artaraq 760 min manata, balans kapitalı isə 2,5% artaraq 28 milyon 915 min manata, o cümlədən nizamnamə kapitalı isə 90,8% artaraq 954 min manata çatıb.
Xatırladaq ki, İnnovasiyalar Agentliyi ölkə prezidentinin 6 noyabr 2018-ci il tarixli fərmanı ilə, NRYTN-nin tabeliyindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” MMC-nin əsasında yaradılıb.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















.jpg)


