Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Kakao qiymətləri 1960-cı ildən bəri ən kəskin illik enişdə olduğu halda, rəflərdəki şokolad qiymətlərində bu ucuzlaşma müşahidə olunmur.Keçən il yaşanan tarixi bahalaşmadan sonra, kakao qiymətlərində 1960-cı ildən bəri ən sərt illik eniş baş verməkdədir. Lakin bu vəziyyət market rəflərindəki şokolad qiymətlərinin yaxın zamanda düşəcəyi anlamına gəlmir. Marja.az Bloomberg-ə istinadən xəbər verir ki, mütəxəssislər kakaodakı bu ucuzlaşmanın istehlakçıya əks olunması üçün ən tez 2026-cı ilin ikinci yarısına qədər gözləmək lazım gəldiyini bildirirlər.
Dünya kakao tədarükünün yarıdan çoxunu təmin edən Fil Dişi Sahili və Qanada əlverişsiz hava şəraiti və xəstəliklər ötən il qiymətlərin 1 ton üçün 13 min dollara yüksəldərək rekord həddə çatmasına səbəb olmuşdu. Məhsul yığımına dair gözləntilərin yaxşılaşması və tələbin zəifləməsi ilə birlikdə qiymətlər bu il təxminən 50 faiz geriləyib. Bu eniş, sektor üzrə qeydiyyatın aparılmağa başladığı son 60 ilin ən böyük illik ucuzlaşması kimi tarixə düşməyə namizəd görünür.
İstehsalçılar yüksək maya dəyərli ehtiyatlardan istifadə edirlər
Qiymətlərdəki bu geriləməyə baxmayaraq, pərakəndə satış qiymətlərinin enməməsinin arxasında bir neçə əsas səbəb var. "Marex Group"dan Conatan Parkman bildirir ki, şokolad sənayesi hazırda hələ də yüksək qiymətlərlə alınmış kakao ilə işləyir və bu mərhələnin arxada qalması zaman tələb edir. Məsələn, Almaniyanın köklü şirniyyat istehsalçılarından olan "Lambertz" qiymətlərin ən yüksək olduğu dövrdə kakao ehtiyatlarını təmin etdiyi üçün əlindəki kakaonun 2026-cı ilin ortalarına qədər kifayət edəcəyini qeyd edir.
Xərclərin artdığı dövrdə istehsalçılar təkcə qiymətləri qaldırmaqla kifayətlənməyib, eyni zamanda reseptlərdə geri dönüşü çətin olan dəyişikliklər də ediblər. Böyük qida nəhənglərindən butik şokolad istehsalçılarına qədər bütün sektorun mənfəət–zərər balansını qurmağa çalışdığı bu dövrdə pərakəndə satış qiymətlərində sürətli endirim gözlənilmir. Qiymət artımları səbəbindən büdcəsi məhdudlaşan istehlakçılar, şokoladın nə vaxt yenidən “əlçatan qiymətli” bir zövq olacağını gözləməyə davam edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
15 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 33 d. əvvəl
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 38 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib














.jpg)






