IMF: Azərbaycanda inflyasiya səngiyib, proses davam edəcək
Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) 2017-ci ildə Qafqaz və Mərkəzi Asiya regionu ölkələrinin ÜDM-nin 3,1%, 2018-ci ildə 4,1% artacağını proqnozlaşdırır. Bu barədə Fondun yaydığı bülletendə deyilir.
"Neft ixrac və idxal edən ölkələrdə iqtisadi artım templəri sürətlənib. Buna baxmayaraq, iqtisadi artım tempi 2000-2013-cü illərdə müşahidə olunan tempdən daha aşağıdır", - deyə sənəddə qeyd edilib.
2016-cı illərdə Qafqaz və Mərkəzi Asiya ölkələrinin ÜDM-i 2,4% artıb.
Bülletendə vurğulanıb ki, Kaşaqan neft yatağında hasilatın artması və dövlət büdcəsinin stimullaşdırılmasına yönəlmiş addımlar nəticəsində Qazaxıstanda iqtisadi artım templəri yüksələcək.
Regiondakı neft ixrac edən ölkələrin ÜDM-i 2017-ci ildə 3,1%, 2018-ci ildə 4,1% artacaq. Ötən il bu ölkələrdə iqtisadi artım tempi 2,2% təşkil edib.
Neft idxal edən ölkələrin iqtisadiyyatı isə bu il 3,6%, növbəti il 3,9% böyüyəcək. Ötən il bu göstərici 3,3% idi.
Bülletenə əsasən, 2017-ci ildə neft ixrac edən ölkələrdə dövlət büdcəsinin kəsiri (neft satışından əldə olunan gəlirlər nəzərə alınmadan) ÜDM-in 20,6%-nə, 2018-ci ildə isə 13,5%-nə (2016-cı ildə 14,9%) bərabər olacaq: "Bunun əsas səbəbi Qazaxıstanın bank sisteminə verilən kompleks dəstəyin verilməsi və Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən Mərkəzi Banka (AMB) öhdəliklərinin yerinə yetirilməsi üçün transfertin həyata keçirilməsidir".
Bildirilir ki, həddən artıq sərt büdcə məhdudiyyətləri iqtisadi artım tempinə və iqtisadiyyatın diversifikasiyasına maneədir.
IMF-in ekspertləri hesab edir ki, ötən il neft ixrac edən ölkələrdə inflyasiyanın səviyyəsi 11,5% təşkil etdiyi halda, 2017-ci ildə bu göstərici 8,3%, 2018-ci ildə isə 7,6%-ə enəcək. "Qazaxıstanın milli valyutası olan təngənin möhkəmlənməsi və büdcə dövlət xərclərinin azalması bu ölkədə inflyasiya təzyiqlərini azaldır. Bundan başqa, Azərbaycanda inflyasiya səngiyir və perspektivdə bu proses davam edəcək. Azərbaycan hökuməti büdcə konsolidasiyasını planlaşdırır və sərt pul-kredit siyasətini yürüdür", - deyə sənəddə vurğulanıb.
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























