Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək

AzVak-mobil_resmin_ustu_31
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

3 iyun 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “BQ” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Marja xəbər verir ki, Şirkətin səhmləri üzrə abunə yazılışı 5 iyun 2026-cı il tarixində başlayacaq və 5 gün davam edəcək. Abunə yazılışı prosesi 9 iyun 2026-cı il tarixində yekunlaşacaq.

Səhmlərin yerləşdirilməsi isə 11 iyun 2026-cı il tarixində Bakı Fond Birjasında həyata keçiriləcək.

Məlumata görə, “BQ” ASC-nin emissiya ediləcək səhmlərinin sayı 100 ədəddir. Hər bir səhmin ilkin ticarət qiyməti 2 005 manat müəyyən edilib. Beləliklə, buraxılışın ümumi həcmi 200 min 500 manat təşkil edir.

Səhmlər sənədsiz adlı, adi səhmlər formasındadır. Qiymətli kağızların dövlət qeydiyyat nömrəsi — İSİN-i AZ1002020936-dır.

Yerləşdirmə kütləvi abunə yazılışı formasında həyata keçiriləcək. Emissiya prospektini Bakı Fond Birjasının internet səhifəsində “Emitentin profili” bölməsindən əldə etmək mümkündür.

Səhmlərin yerləşdirilməsi üzrə anderrayter qismində “İnvest-Az İnvestisiya Şirkəti” QSC çıxış edəcək.

Qeyd edək ki, abunə yazılışı üsulu ilə yerləşdirmə investorların əvvəlcədən sifariş verməsi əsasında qiymətli kağızların satışını nəzərdə tutur. Bu mexanizm emitentə investor tələbatını əvvəlcədən müəyyən etməyə, investorlara isə yerləşdirmə baş tutmazdan əvvəl səhm almaq üçün müraciət etmək imkanı yaradır.

Əgər yerləşdirmə uğurla başa çatrarsa "BQ" ASC-nin nizamnamə kapitalı 204 min 510 manata yüksələcəkdir.

Hazırda "BQ" ASC-nin 4010 manatlıq 2 səhmi (100%) Quliyev Eldar oğluna məxsusdur.  Fərman Quliyev atası Eldar Quliyevlə birlikdə "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarıdır. Həmçinin "Sizin Lombard" brendinin sahibi "GL" ASC-nin nizamnamə kapitalının 100%-i də Quliyev Fərman Eldar oğluna məxsusdur.

“BQ” ASC daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən və daşınar əşyaları saxlamağa qəbul edən kommersiya hüquqi şəxsdir. Təşkilat təminatlı kredit bazarında rəqabət aparır.

BQ ASC BQ səhmləri Bakı Fond Birjası BFB abunə yazılışı səhm yerləşdirilməsi səhmlərin yerləşdirilməsi qiymətli kağızlar İSİN AZ1002020936 İnvest-Az anderrayter adi səhmlər sənədsiz adlı səhmlər kütləvi abunə yazılışı kapital bazarı fond bazarı investisiya xəbərləri Azərbaycanda səhm buraxılışı emissiya prospekti BFB Listinq Komitəsi
03.06.2026 17:27
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19