"Bank of Baku"nun yeni strateji planı təsdiq edilib - PROFİL GENİŞLƏNDİRİLİR
"Bank of Baku"nun növbəti illər üçün strateji planı təsdiq edilib.
Bunu "Marja"ya Bankın İdarə Heyətinin sədri Eldar Həmidov bildirib.
Yeni strateji plan 22 Noyabr 2019-cu il tarixində “Bank of Baku” ASC-nin səhmdarlarının ümumi yığıncağında təsdiq edilib.
""Bank of Baku"nun istehlak və mikrokredit profilli bank olmasına baxmayaraq, növbəti illər üçün nəzərdə tutulmuş strateji planda kiçik və orta sahibkarlıq (bundan sonra “KOS”) subyektlərinə verilən kredit portfelinin artırılması nəzərdə tutulmuşdur. Bankın bu sahəni kreditləşdirilməsi üçün tələb olunan kadr potensialı və maliyyə resursları mövcuddur və bizim risklərin idarəedilməsi sistemi bu istiqaməti inkişaf etdirməyə imkan verir", - Eldar Həmidov deyib.
Sədr əlavə edib ki, Bankın növbəti illər üçün əsas hədəfləri ənənəvi kredit və depozit məhsulları çeşidinin artırılması, mobil applikasiya imkanlarının genişləndirilməsi və Bankın informasiya texnologiyaları infrastrukturunun təhlükəsizliyinin təmin edilməsidir: “2019-cu ildə olduğu kimi, növbəti illərdə də, Bankın, gəlirlilik və aktivlərinin effektiv istifadəsinə görə Banklar arasında ilk üçlükdə olmasını hədəfləmişik. Müştərilərin 24/7 fasiləsiz xidmətini təmin etmək üçün əsas bank proqramının yenilənməsi əsas tapşırıqlarımızdan biridir. Filial şəbəkəsinin optimal yerləşdirilməsi və yeni regional filialların açılması da prioritet planlarımız sırasındadır”.
“RİSK SİYASƏTİMİZİ YENİLƏYƏCƏYİK”
Təbii ki, hər bir bank sahibinin və banka əmanətini etibar edən şəxsin istəyi bankın sağlam və şəffav idarəedilməsidir: “Keçmişdə qarşılaşdığımız risklərin təkrarlanmaması və qarşımıza qoyulan hədəflərə nail olunmasında risk iştahasının düzgün müəyyən edilməsi məqsədi ilə risk siyasətimizi yeniləyəcəyik”.
“TƏLİM-TƏDRİS PLANININ İCRASINA HAZIRLAŞIRIQ”
Eldar Həmidov, “İnsan resurslarının inkişaf etdirilməsi istənilən təşkilatın uğurunun təməli olduğu üçün, 2020-ci və növbəti illərdə bu istiqamətdə motivasiya, karyera artımı və təlim-tədris planının icrasına hazırlaşırıq”, əlavə edib.
HƏMÇİNİN OXU:“İlk üçlükdə olmağı hədəfləyirik” - “BANK OF BAKU”NUN SƏDRİLƏ MÜSAHİBƏ
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 44 d. əvvəl
-
-
47 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
1 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















