Qızılın qiyməti 6 ilin ən yüksək səviyyəsində
"Comex"də əməliyyat olunan qızıl fyuçersləri 1500 dolları aşaraq 2013-cü ildən bəri ən yüksək səviyyəni görüb.
ABŞ - Çin ticarət müharibəsində gərginliyin yüksəlməsinə dair narahatlıqlar, qlobal iqtisadi artımın yavaşlaması və bütün dünyada mərkəzi bankların pul siyasətlərini yumuşaltmaları (faizi aşağı salmaları) qızılın qiymətini dəstəkləyir.
“Marja” xəbər verir ki, “Comex”də qızıl fyuçersləri 1.2% artımla 1502.30 dolları görüb. Bu il qızılın unsiyası 17% bahalaşıb. Qızılın qiyməti "exchange traded" fondlara (ETF) girişlərdən də dəstək alır.
Bahalaşan başqa bir qiymətli metal gümüşdür.
ABŞ Prezidenti Donald Tramp, Sentyabrdan etibarən 300 milyard dollarlıq Çin məhsullarına əlavə 10% vergi tətbiq edəcəklərini açıqladı. Bunun ardınca Çin, yuanın dəyər itirməsinə icazə verdi. Sonra isə ABŞ Çini “məzənnə manipulyatoru” elan etdi.
“UBS Group AG”nin risk ssenarisinə görə ticarət gərginliyinin daha çox artması vəziyyətində qiymət 1600 dollara qədər qalxa bilər.
Qızılın bahalaşması ilə əlaqədar olaraq mədən şirkətlərinin səhmləri də bahalaşır.
Gümüş isə 2.2% bahalaşaraq 16.8082 dolları görüb. Bu qiymət bir ildən uzun müddətin ən yüksək səviyyəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 17 d. əvvəl
-
-
23 d. əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Ən çox oxunanlar
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti
Dünyanın ən dəyərli markaları
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan neftinin qiyməti azalıb
























