Facebook 5 milyard dollar cərimələndi
ABŞ Federal Ticarət Komissiyası (FTC) sosial media şirkəti Facebook-u 5 milyard dollar cərimələyib.
"The Wall Street Journal"ın xəbərinə görə, FTC, Facebook-u şəxsi məlumatları icazəsiz və qanunsuz istifadə etdiyinə görə cərimələyib. 5 milyard dollar cərimə keçən il başlanmış istintaqın nəticəsində tətbiq edilib.
"Marja" xəbər verir ki, cərimənin 2-yə qarşı 3 səslə qəbul edildiyi bildirilib. Qərarın dəqiqləşməsi üçün Ədliyyə Nazirliyinin də razılığının lazım olduğu qeyd edilib.
Facebook-dan məsələ ilə bağlı hər hansı açıqlama verilməyib.
Bu cərimənin, 2012-ci ildə Google-a kəsilən 22 milyon dolları cəriməni geridə qoyduğu və bir texnologiya şirkətinə verilən ən yüksək cərimə olduğu qeyd edilib.
Keçən il 56 milyard dollar gəlir əldə edən Facebook-un, bu il də 69 milyard dollar ətrafında bir gəlirə çatacağı gözlənilir.
"CAMBRİDGE ANALYTİCA" QALMAQALI
Günümüzdə ən çox müzakirə edilən məsələlərdən biri olan "informasiya təhlükəsizliyi" məsələsi keçən il "Cambridge Analytica" qalmaqalı ilə yenidən gündəmə gəlmişdi. Kembric Universitetində elmi işçisi Aleksandr Kogan, Facebook vasitəsilə fəaliyyət göstərən "this is your digital life" adlı şəxsiyyət testi proqramı vasitəsilə 87 milyon insanın məlumatlarını toplamış, bu məlumatları 2016-ci ildə siyasi müşavirlik məqsədilə fəaliyyət göstərən "Cambridge Analytica" şirkətinə satmışdı. Böyük Britaniyanın "Channel 4" televiziya kanalının aşkara çıxardığı qalmaqalda "Cambridge Analytica" şirkəti, əldə etdiyi məlumatları 2016-cı ildə ABŞ-da seçkiləri Donald Trampın qazanması üçün istifadə etmişdi. Hadisənin ortaya çıxmasının ardından Facebook-un rəhbəri Mark Zuckerberg Amerika Senatında ifadə vermişdi. Böyük data böhranı ilə birlikdə xüsusilə texnologiya şirkətləri Avropa və Amerikada data siyasətlərini yenidən nəzərdən keçirmək məcburiyyətində qalmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
20 d. əvvəl
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 12 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
14 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
14 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan neftinin qiyməti azalıb
Yaponiyada 40 illik istiqraz gəlirliliyi 4 faizə yüksəlib
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
20 Yanvar faciəsindən 36 il ötür
Ən çox oxunanlar
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?


























