Analitiklər: ABŞ, dolları zəiflətmək üçün müdaxilə edə bilər
ABŞ Prezidenti Donald Tramp dolları zəiflətmək lazım olduğunu tez-tez dilə gətirir. "Wall Street" analitiklərinə görə, ABŞ rəhbərliyi Dollara birbaşa müdaxiləni qiymətləndirir.
"Wall Street"də getdikcə artan sayda valyuta analitiki, ABŞ Prezidenti Donald Trampın "zəif dollar" istəyinin sözlərdən uzağa gedəcəyi riskindən bəhs edir.
"Marja" "Bloomberg"ə istinadən xəbər verir ki, ING-dən "İmperial Bank of Commerce"ə qədər analitiklər, hökumətin dolları zəiflətmək üçün müdaxilə edə biləcəyi ehtimalı barədə düşünür.
Trampın həm Fed, həm də digər ölkələrin valyuta siyasətlərinə qarşı iradlarının dozasını tədricən artırması analitik narahatlıqlarına təkan verib.
ABŞ Prezidenti keçən həftə "Twitter" mesajında, həm Avropa, həm də Çinin məzənnəni manipulyasiya etdiyini qeyd edərək, ABŞ-ın buna cavab verməsi lazım olduğunu bildirmişdi.
ABŞ, valyuta bazarlarına digər ölkələrlə birlikdə sonuncu dəfə 2011-ci ildə Yaponiyadakı zəlzələdən sonra yen bahalaşanda müdaxilə etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 11 d. əvvəl
-
-
21 d. əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 26 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
12 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
12 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
16 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin qiyməti azalıb
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
20 Yanvar faciəsindən 36 il ötür
Ən çox oxunanlar
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?



























