Azərbaycanda ilk “Marketinq Sammit” keçiriləcək
İxrac potensialından düzgün istifadə etmək, dövlətin yaratmış olduğu şəraitdən səmərəli yararlanmaq və xarici bazarlarda sağlam mövqe tutmaq bu gün hər bir sahibkar üçün çox vacibdir. Bəs bu zaman nələrə diqqət etmək, hansı standartları tətbiq etmək lazımdır? Bundan başqa ixrac siyasətinin düzgün strateji planlamasının aparılması, marka siyasətinin daha doğru və sağlam qurulması kimi aktual mövzular da meydana gəlməkdədir.
Bütün bunları nəzərə alaraq 23 Dekabr 2017-ci il tarixində AzMarketinq MMC-nin təşkilatçılığı ilə “Made in Azerbaijan” brendinin inkişafına həsr olunacaq birinci “Marketinq Sammiti” təşkil olunacaqdır. Sammitin Məqsədi qlobal marketinq ilə lokal marketinqi sintez edib Qlokal Effekt yaratmaq, dövlətin strateji yol xəritəsinin əsas cizgilərinə uyğun olaraq «Made in Azerbaijan» brendinin formalaşdırılması imkanlarının müzakirəsinin aparılmasıdır. Sammitdə Azərbaycan və Türkiyədən qatılacaq spikerlərin real, praktik mövzular əsasında fikirləri səslənəcəkdir. 200 nəfərdən çox qonağın, 2 ölkədən 6 spikerin qatılacağı birinci “Marketinq Sammiti” Azərbaycanda marketinq sektorunda dövlətin ixrac siyasətinə, strateji yol xəritəsinə istiqamətlənmiş ilk layihə kimi tarixə düşəcək və strateji yol xəritəsinə uyğun olaraq qarşıdakı illərdə də təşkil olunmaqda davam edəcəkdir. Sammit haqqında geniş məlumatı www.marketingsummit.az internet saytından və sammit üçün yaradılmış https://www.facebook.com/marketinqsammiti/ facebook səhifəsindən əldə etmək mümkündür. Ölkəmizdə belə bir qlobal layihənin keçirilməsində Azərbaycandan Azpromo, Yelload, Vitam, Comunikal, Wplus vip service, BrandMAPAz, AzDigital, Türkiyə tərəfdən isə BrandMAPTr, BrandSuite, Orient Dünya Poligrafi kimi qurumlar da təşkilat komitəsi ilə yol yoldaşı olmuşdur. Onların da belə bir tədbirdə yer alması “Made in Azerbaijan” siyasətinə olan dəstəyi və ölkəmizdə sağlam marketinq və menecment strukturunun qurulması üçün atmış olduğu addımlardandır.
Təşkilat komitəsi olaraq ümid edir və inanırıq ki, qarşıdakı illərdə Azərbaycanın biznes mühitində markalaşma, brend siyasəti, marketinq kommunikasiyaları istiqamətində yerli sahibkarlarımızla sinerji effektinə nail olaraq milli iqtisadiyyatımızın inkişafına hər zaman birlikdə tövhə verəcəyik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)
.jpg)




.jpg)







