Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
Azercell Telekom Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” adlı xüsusi təklif təqdim edir.
Marja.az xəbər verir ki, yeni təklifin məqsədi əsgərlərin xidmət müddəti ərzində ailə üzvləri və yaxınları ilə təhlükəsiz, etibarlı və nəzarətli şəkildə əlaqə saxlamasına imkan yaratmaqdır.
“Əsgərcell” paketi smart-funksiyaları olmayan xüsusi mobil telefon, yeni Azercell nömrəsi və 1 manat ilkin balansdan ibarətdir. Təhlükəsizlik tələblərinə uyğun olaraq cihazda internet və digər əlavə funksiyalar deaktiv edilib. Əsgərlər yalnız səsli zəng xidmətindən istifadə edə biləcəklər.
Təklif çərçivəsində hərbi xidmət keçən şəxs əvvəlcədən təsdiqlənmiş 5 nömrə seçərək müəyyən edilmiş vaxtlarda ailə üzvləri və yaxınları ilə əlaqə saxlaya biləcək. Bundan başqa, təcili hallar üçün xüsusi nömrəyə zəng etmək imkanı da nəzərdə tutulub.
Təklifin dəyəri 88 manatdır
Tarif şərtlərinə əsasən, şəbəkədaxili zənglərin 1 dəqiqəsi 0,03 manat, şəbəkəxarici zənglərin 1 dəqiqəsi isə 0,04 manat təşkil edir. Mesaj və internet xidmətləri bağlı olacaq. Nömrə və tarifdən istifadə müddəti 18 ay müəyyən edilib.
Xidmət yalnız müəyyən olunmuş saatlarda aktiv olacaq. Bazar ertəsi–cümə günləri saat 18:00-dan 21:00-dək, şənbə günləri saat 15:00-dan 22:00-dək, bazar günləri isə saat 10:00-dan 21:00-dək zəng xidmətindən istifadə mümkün olacaq. Qeyri-iş saatlarında xidmət göstərilməyəcək.
Əsgər təklifə hərbi hissələrdə xüsusi ayrılmış ərazidə fəaliyyət göstərən müvəqqəti satış məntəqəsinə yaxınlaşaraq və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə qoşula bilər.
Məlumata görə, 18 ay ərzində balansın artırılıb-artırılmamasından asılı olmayaraq xətt açıq qalacaq.
“Əsgərcell”in əsas üstünlükləri sırasında xidmət müddəti ərzində ailə və yaxınlarla etibarlı əlaqə imkanı, sadə istifadə olunan mobil telefon, təhlükəsizlik tələblərinə uyğun rabitə həlli və hərbi xidmət şəraitinə uyğun hazırlanmış xüsusi kommunikasiya modeli yer alır.
Ətraflı: https://www.azercell.com/az/personal/esgercell.html
Bu təşəbbüs hərbi xidmət dövründə əsgərlərin ailələri ilə rabitə imkanlarını daha əlçatan edir, eyni zamanda informasiya təhlükəsizliyi tələblərinə uyğun nəzarətli əlaqə mühiti yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
1 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
1 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
1 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
1 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
1 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
-
2 saat əvvəl
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
-
2 saat əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Ən çox oxunanlar
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub

























