970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə təhlükəsizliyi və institusional dayanıqlılıq sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyinin Texniki Yardım Ofisinin (U.S. Department of the Treasury – Office of Technical Assistance / OTA) nümayəndə heyətinin Bakı şəhərinə səfəri çərçivəsində Əmanətlərin Sığortalanması Fondu ilə bir sıra işgüzar görüşləri keçirilmişdir.

İkitərəfli müzakirələr zamanı əmanətlərin sığortalanması sisteminin institusional fəaliyyəti, maliyyə sabitliyinin qorunmasına xidmət edən mexanizmlər, sığorta hadisələri zamanı tətbiq edilən koordinasiya yanaşmaları, hüquqi çərçivə, risk əsaslı idarəetmə prinsipləri və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Tədbir çərçivəsində Fondun aidiyyəti struktur bölmələri tərəfindən informasiya texnologiyaları infrastrukturu, əmanətçilərin reyestri sistemləri, kompensasiyaların hesablanması və ödənişi mexanizmləri, fəaliyyətin fasiləsizliyinin təmin olunması üzrə ehtiyat həlləri, məlumatların qorunması və sistem dayanıqlılığı istiqamətində tətbiq olunan texniki imkanlara dair təqdimatlar nümayiş etdirilmişdir. Bununla yanaşı, rəqəmsal maliyyə alətləri, elektron pul və rəqəmsal aktivlərin hüquqi tənzimlənməsi, habelə dövlət qurumları arasında məlumat mübadiləsi və institusional koordinasiya mexanizmləri üzrə beynəlxalq təcrübələr nəzərdən keçirilmişdir.

Müzakirələr zamanı böhran şəraitində operativ qərarvermə, ictimai kommunikasiyanın vahid yanaşma əsasında təşkili və əmanətçilərin hüquqlarının qorunmasının əhəmiyyəti xüsusi qeyd olunmuşdur. Eyni zamanda, qarşılıqlı texniki əməkdaşlıq, peşəkar bilik və təcrübə mübadiləsi, eləcə də institusional potensialın gücləndirilməsi istiqamətində gələcək əməkdaşlıq imkanları dəyərləndirilmişdir.

Əmanətlərin Sığortalanması Fondu tərəfindən beynəlxalq tərəfdaşlarla əlaqələrin genişləndirilməsi, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, habelə maliyyə təhlükəsizliyi üzrə müasir idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.

17.06.2026 19:07
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19