Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB

Yanvar ayında Azərbaycana 181 mindən çox xarici vətəndaş səfər edib
iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin yanvar ayında Azərbaycana 181 min 637 əcnəbi vətəndaş səfər edib ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 8 min 984 nəfər və ya 5% artım deməkdir.

Dövlət Turizm Agentliyinin yaydığı məlumatda bildirilir ki, yanvar ayında Rusiyadan 2% artım ilə 42 min 342 nəfər, Türkiyədən 15.5% artım ilə 36 min 536 nəfər və İrandan 2.1% artım ilə 15 min 399 nəfər səfər sayı qeydə alınıb.

Reklam_3_11

Cənubi Asiya regionunu üzrə Hindistandan gələnlərin sayı 9 min 70 nəfər təşkil edib. Yaxın Şərq regionunun əsas bazarı olan Səudiyyə Ərəbistanından gələnlərin sayı artım göstərərək 8 min 976 nəfərə çatıb. Bu da ötən ilin yanvarı ayı ilə müqayisədə 2 min 783 nəfər və ya 44.9% artım deməkdir.

İlk onluqda qərarlaşan digər ölkələr - Gürcüstan (8 min 734), Pakistan (6 min 758), Qazaxıstan (5 min 676), Özbəkistan (5 min 130) və İsrail (4 min 972) olub.

Regionlar üzrə dinamika göstərir ki, Yaxın Şərq ölkələrindən gələnlərin sayı 22% artaraq 26 min 240 nəfərə, Qərbi Avropa ölkələrindən gələnlərin sayı isə 44% artaraq 6 min 819 nəfərə çatıb.

Mərkəzi Asiyanın əsas bazarlarından olan Qazaxıstandan gələnlərin sayı 5 min 676 nəfər təşkil edib ki, bu da 2.5% artım deməkdir. Özbəkistandan gələnlərin sayı isə 5 min 130 nəfərə çataraq 72.3% artım nümayiş etdirib.

Qeyd edilib ki, 2026-cı ildən etibarən Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən hədəf ölkələrdə ənənəvi təbliğat üsulları ilə yanaşı, rəqəmsal alətlərdən və sosial media kampaniyalarından daha geniş şəkildə istifadə etməklə marketinq və kommunikasiya fəaliyyətlərinin gücləndirilməsi planlaşdırılır.

“2024-2026-cı illər üzrə Turizm Marketinq Strategiyası”na müvafiq olaraq həyata keçiriləcək tədbirlər mədəniyyət turizmi, sağlamlıq turizmi, təbiət və macəra turizmi, işgüzar tədbirlər turizminin hədəf bazarlarda daha effektiv tanıdılmasına xidmət edəcək.

Beynəlxalq turizm marketinq fəaliyyəti müxtəlif hədəf bazarlar üzrə prioritetlərə uyğun olaraq onlayn, oflayn (beynəlxalq turizm sərgilərində iştirak, B2B və B2C görüşlər, seminarlar, təqdimatlar, xarici media və sənaye nümayəndələri üçün tanışlıq səfərləri) və media-kommunikasiya kanallarının inteqrasiyalı istifadəsini ehtiva edir. Məqsəd ilkin mərhələdə Azərbaycan haqqında rəqabətqabiliyyətli və çoxşaxəli turizm istiqaməti kimi məlumatlılığı artırmaq, növbəti mərhələdə Azərbaycanı brend kimi tanıtmaqla ölkəmizə səyahəti və marağı təşviq etmək, nəticə olaraq isə bu marağı real səfər qərarına çevrilməsinə təkan vermək və qlobal mövqeyini gücləndirməkdir.

Beynəlxalq turizm marketinq kampaniyaları planlaşdırılarkən qlobal turizm trendləri, regional dəyişikliklər, turistlərin səyahət davranışındakı transformasiyalar  əsas götürülür. Ümumilikdə, 2026-cı il üzrə marketinq kampaniyalarında əvvəlki illərin uğurlu təcrübəsinə əsaslanmaqla daha genişmiqyaslı, rəqəmsal və bazar ehtiyaclarına daha çevik uyğunlaşan bir yanaşma tətbiq edilməsi hədəflənir.

İş elanları AzVak.az-da

Azərbaycan turizmi Dövlət Turizm Agentliyi Azərbaycan Turizm Bürosu beynəlxalq turist səfərləri əcnəbi turistlər turist axını Rusiyadan gələn turistlər Türkiyədən gələn turistlər İrandan gələn turistlər Hindistandan gələn turistlər Yaxın Şərq regionu turizmi Qərbi Avropa regionu turizmi Cənubi Asiya turizm bazarı Mərkəzi Asiya turizm bazarı turistlərin region üzrə paylanması rəqəmsal marketinq sosial media kampaniyaları Turizm Marketinq Strategiyası 2024-2026 mədəniyyət turizmi sağlamlıq turizmi təbiət və macəra turizmi işgüzar turizm beynəlxalq turizm sərgiləri B2B və B2C görüşləri seminarlar və təqdimatlar media-kommunikasiya kanalları turistlərin səyahət davranışı Azərbaycan brendi rəqabətqabiliyyətli turizm istiqaməti ölkəyə səfərlərin təşviqi qlobal turizm mövqeyi turizm bazar trendləri rəqəmsal marketinq strategiyaları turist marağının artırılması
20.02.2026 11:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18