"Yelo Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb

"Yelo Bank" ASC 2024-cü ili 43 milyon 298 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 20 milyon 761 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Yelo Bank"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 22 milyon 537 min manat və ya 2 dəfədən çox artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2024-cü ildə "Yelo Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 183 milyon 220 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 143 milyon 842 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 39 milyon 378 min manat təşkil edib. Həmçinin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 8 milyon 267 min manat mənfəətə əlavə olunub. Bank ötən ilin yekunları üzrə 4 milyon 346 min manat mənfəət vergisi hesablayıb.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə "Yelo Bank"ın cəmi əməliyyat gəlirləri 124 milyon 554 min manat, cəmi əməliyyat xərcləri 116 milyon 346 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 8 milyon 206 min manat təşkil etmişdi. Həmçinin, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 12 milyon 555 min manat manat xalis mənfəətə əlavə olunmuşdu.
2024-cü ildə "Yelo Bank"ın cəmi əməliyyat gəlirlərindəki 58 milyon 666 min manatlıq artım, əməliyyat xərclərindəki 27 milyon 496 min manatlıq artımı 31 milyon 170 min manat üstələdiyindən Bankın əməliyyat mənfəəti də bir o qədər də artıb.
BANK KİÇİLİB
2024-cü ildə "Yelo Bank"ın cəmi aktivləri 286 milyon 815 min manat və ya 18,3% azalaraq 1 milyard 279 milyon 638 min manata düşüb. Bank 2023-cü ilin sonunda 1 milyard 566 milyon 453 min manat cəmi aktivlərə malik idi. Aktivlərin geriləməsi əsasən nağd pul vəsaitlərinin azalması ilə əlaqədardır.
BİZNES KREDİTLƏRİ PORTFELİ 104 MİLYON MANATDAN ÇOX ARTIB
Ötən il "Yelo Bank"ın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 170 milyon 780 min manat və ya 22,3% artaraq 935 milyon 90 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 55 milyon 940 min manat artaraq 263 milyon 578 min manata, biznes kreditləri portfeli 104 milyon 115 min manat artaraq 587 milyon 243 min manata, ipoteka kreditləri portfeli isə 10 milyon 724 min manat artaraq 84 milyon 268 min manata yüksəlib.
BANKDA FİZİKİ ŞƏXSLƏRİN PULLARI ARTIB
Ötən il Bankda cəmi depozitlər 363 milyon 249 min manat və ya 28,1% azalaraq 928 milyon 774 min manata düşüb. O cümlədən, fiziki şəxslərin depozitləri 159 milyon 525 min manat artaraq 730 milyon 952 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 522 milyon 773 min manat azalaraq 197 milyon 822 min manata geriləyib.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2024-cü il tarixində "Yelo Bank" ASC 148 milyon 748 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 109 miylon 762 min manat məcmu kapitala malik idi.
Həmçinin oxu
"Yelo Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 17 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 18 saat əvvəl
-
18 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
18 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
18 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 19 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
