Azercell "yaşıl" baza stansiyalarının sayını artırır
Lider mobil operator işğaldan azad edilmiş ərazilərdə günəş enerjisi ilə işləyən yeni baza stansiyalarını istifadəyə verir(®) İnnovasiyalarla yanaşı, davamlı və dayanıqlı inkişafa sadiqliyini bir daha vurğulayan Azercell ölkə üzrə ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq etməyə davam edir.
Ətraf mühitin qorunmasını diqqət mərkəzində saxlayan lider mobil operator Qarabağda “yaşıl” baza stansiyalarının sayını 35-ə çatdırır.
Beləliklə, Azercell azad edilmiş ərazilərdə “yaşıl” baza stansiyalarını Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam Laçın və Kəlbəcərdə istifadəyə verib. Eyni zamanda, şirkətin günəş enerjisilə işləyən baza stansiyaları Tovuz və Qobustanda da fəaliyyət göstərir.
Ekoloji baxımdan daha “yaşıl” olan bu baza stansiyalarının enerji tələbatının 60%-i bərpa olunan enerji hesabına qarşılanır. Bu da öz növbəsində insan fəaliyyətinin ətraf mühitə neqativ təsirinin azaldılmasında mühüm rol oynayır, karbon emissiyasının və enerji sərfiyyatının minimallaşdırılmasını təmin edir.
Qeyd edək ki, “yaşıl” texnologiyaların ölkə üzrə tətbiq edilməsi Azercell-in ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri çərçivəsində həyata keçirdiyi silsilə tədbirlərin bir hissəsidir. Sosial məsuliyyətli korporativ vətəndaş kimi şirkət ölkəmizdə daha dayanıqlı, sağlam və yaşıl gələcəyin təmin edilməsinə yönəlik təşəbbüslərini davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 3 d. əvvəl
-
-
21 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 24 d. əvvəl
- 29 d. əvvəl
- 34 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank I rübün yekunlarını açıqladı
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək





.jpg)









.jpg)






