Brent neftinin qiyməti kritik səviyyəni keçdi
Brent neftin barrel qiyməti dünən 47,82 dollardan günə başlamış və gün ərzində ən yüksək 48,74 dolları görmüşdü. Bu gün səhər 48,61 dollardan günə başlayan Brent neftinin barrel qiyməti, saat 23.30-da 3,2 faiz artaraq 50,20 dollara yüksəlib. Eyni dəqiqələrdə Qərbi Texas (WTI) növü xam neftin barreli isə 47,84 dollardan alıcı tapıb.
Mütəxəssislər, 50 dolları ötən qiymətin yuxarı istiqamətli hərəkətinin davam edə biləcəyini qeyd edirlər.
Dünən Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə digər ölkələr arasında görüş keçirilib. Görüşdən sonra danışan Rusiyanın Enerji naziri Aleksandr Novak neft hasilatının azaldılmasına dair sazişin, lazım gələrsə, 2018-ci ilin Mart ayından sonraya uzadılmasına dair tövsiyə verdiklərini söyləmişdi.
OPEC-in Baş katibi Məhəmməd Barkindo da Nigeriyanın gündəlik xam neft istehsal hədəfinin 1,8 milyon barrel olduğunu bildirərək, Mart 2018-ə qədər bu hədəfi keçmə meylinin olmadığını bildirmişdi.
Ötən cümə günü də, Brent neftin barrel qiyməti ABŞ-da neft ehtiyatlarının azalması barədə göstəricinin açıqlanmasındam sonra qalxaraq 50 dolların üzərinə çıxmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
10 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)











