Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın 1 unsiyasının qiyməti 5 000 dollara çata bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın 1 unsiyasının qiyməti 5 000 dollara çata bilər"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yaxın aylarda dünya bazarında qızılın 1 unsiyasının qiymətinin 5 000 ABŞ dollarına çatması ehtimalı yüksəkdir.

Bunu açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən Əmircanov bildirib.

Onun sözlərinə görə, bu gün əmtəə birjalarında qiymətli metallara marağın artması fonunda yeni tarixi göstəricilər qeydə alınıb: "Qızılın qiyməti ilk dəfə 1 troya unsiya üçün 4 600 ABŞ dolların; keçib, gümüş isə 84 ABŞ dollarından baha satılıb. Qiymət artımına monetar qeyri-müəyyənlik, geosiyasi risklər təsir edir. Bundan başqa, ABŞ-də Federal Ehtiyat Sisteminin (FED) qərarlarına təsir göstərilə biləcəyi ilə bağlı narahatlıqlar qiymətlərin yüksəlməsini dəstəkləyir.

Həmçinin, geosiyasi gündəmin aktivləşməsi də qiymət dinamikasına təsir edir. İranda etirazların kəskinləşməsi, ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyi və NATO-nun gələcək rolu barədə səsləndirdiyi fikirlər fonunda bazarlarda qeyri-müəyyənliyin artdığı bildirilir".

R.Əmircanov əlavə edib ki, ümumiyyətlə, bu il qiymətli metallar bazarında bahalaşma meyli var və bu proses təkcə qızılla məhdudlaşmır: "Gümüş, platin və palladium bazarlarında da qiymət artımı dalğası müşahidə olunur. Mövcud ticarət diapazonlarına əsasən, London bazarında qiymətlər bu intervalda formalaşır: qızıl: 4 570-4 580 ABŞ dolları/unsiya, gümüş: 84 ABŞ dolları/unsiya, platin: 2 360-2 370 ABŞ dolları/unsiya, palladium: 1 870-1 900 ABŞ dolları/unsiya".

O vurğulayıb ki, yaxın aylarda qızılın 1 unsiyasının 5 000 ABŞ dollarına çatması ehtimalını monetar qeyri-müəyyənlik, inflyasiya riskləri, geosiyasi gərginliklər və fiziki qızıla marağın artması dəstəkləyir. Qısa müddətdə qiymətlərdə dəyişkənliyin qalacağı, orta və uzunmüddətli dövrdə isə artım meylinin davam edəcəyi gözlənilir. Gümüş bazarı üzrə də 2026-cı il ərzində defisitin davam edəcəyi, bunun isə əsasən artan investisiya tələbi ilə bağlı olduğu qeyd edilir. Bu amil gümüş qiymətlərinin yüksək səviyyələrdə qalması ehtimalını artırır".

İdarə Heyəti sədrinin müavini deyib ki, son aylarda qlobal mərkəzi banklar ehtiyatlarına ay üzrə orta hesabla 10-11 ton qızıl əlavə edib: "Əsas alıcılar arasında Qazaxıstan, Türkiyə, Çin və Çexiya, eləcə də Hindistan göstərilir. Bu tendensiya institusional tələbin yüksək səviyyədə qaldığını və qızıl qiymətlərinə əlavə dəstəyin davam etdiyini göstərir. Nəticədə, qeydə alınan rekord göstəricilər 2026-cı ilin qiymətli metallar üçün yüksək qiymət trayektoriyası ilə başladığını təsdiqləyir. Qızılın 5 000 dollarlıq həddə doğru hərəkəti, gümüşdə defisit gözləntiləri və mərkəzi bankların alışlarının davam etməsi fonunda qlobal bazarda bahalaşma meyli aktual olaraq qalır".

İş elanları AzVak.az-da

© "Report"

qızıl qiymət proqnozu qızıl 5000 dollar ehtimalı qızıl unsiya qiyməti qlobal qızıl bazarı qiymətli metallar bazarı gümüş qiymətləri gümüş bazarında defisit platin qiymətləri palladium qiymətləri təhlükəsiz liman aktivləri monetar qeyri-müəyyənlik geosiyasi risklər inflyasiya riskləri FED qərarları təsiri Federal Ehtiyat Sistemi mərkəzi bankların qızıl alışları fiziki qızıla tələbat London metal bazarı qızıl rekord qiymət gümüş rekord səviyyə institusional investor tələbi qlobal maliyyə bazarları 2026 qiymətli metallar proqnozu Azərbaycan Zərgərlər Assosiasiyası Rövşən Əmircanov açıqlaması qızıl və gümüş analizi Marja.az xəbərləri
12.01.2026 15:12

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar