Söyüdlüdə qızıl və mis hasil edən şirkət itkilərini açıqladı
Gədəbəydə qızıl hasilatı ilə məşğul olan "Anglo Asian Mining plc" şirkəti etirazlardan və Azərbayan hökumətinin tələbindən sonra Söyüdlü kəndindəki müəssisəsinin fəaliyyətini bütün ekoloji və təhlükəsizlik çatışmazlıqları aradan qaldırılana qədər dayandırıb.
Marja.az Şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, zavodun fəaliyyətinin dayandırılması avqustda mis hasilatının təxminən 400 ton, qızıl hasilatının 300 unsiya azalması ilə nəticələnəcək.
Geoloji və dağ-mədən sahəsində konsaltinq xidmətləri göstərən “Micon International” (Micon) şirkəti Söyüdlü kəndi ərazisində monitorinq keçirməsi üçün cəlb edilib. Həmçinin tullantılar üzrə konsaltinq sahəsində ixtisaslaşan tanınmış beynəlxalq mühəndislik şirkəti “Knight Piesold” ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) sorğusuna uyğun olaraq tullantıların idarə olunması məqsədilə gələcək qiymətləndirmələrdə əlavə araşdırma aparmaq üçün müqavilə bağlanıb. Məlumatda bildirilir ki, tullantı gölüİündən götürülmüş nümunənin nəticələri göstərib ki, göldəki siyanidin səviyyəsi Hökumət tərəfindən tələb olunan qanuni limitdən aşağıdır.
Məlumata görə, "Anglo Asian"ın icraçı direktoru və əsas səhmdarı (27,8 faiz) əslən İrandan olan ABŞ vətəndaşı Reza Vəziridir. İkinci ən böyük səhmdar (9,4 faiz) keçmiş qubernator Con Sununudur, o, ABŞ prezidenti Corc Buşun aparat rəhbəri vəzifəsində çalışıb. Sununu oğlu Mikayıl da idarə heyətindədir. Digər oğlu Kris Nyu-Hempşirin hazırkı qubernatorudur.
“Azerbaijan International Mining Company" (AIMC) Azərbaycan Respublikası Hökuməti ilə "R.V. Investment Group Services LLC" (ABŞ) arasında imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində Azərbaycanda müxtəlif qızıl və mis layihələrinin kəşfiyyatı, idarəedilməsi və hasilatın pay bölgüsünü əhatə edən əməliyyatlar üzrə faəliyyət göstərən şirkətidir. Onun portfelinə istismarda olan Qoşa və Gədəbəy mədənləri daxildir. Hasilatın Pay Bölgüsü Sazişi (PSA) üzrə Azərbaycan Hökuməti 51%, "Anglo Asian" 49% paya malikdir.
"Anglo Asian" əməliyyatları maliyyələşdirir. Sazişə görə, Şirkət faydalı qazıntıların satışından əldə olunan gəlirin maksimum 75%-ni bütün əməliyyat, nəzərdə tutulan faiz və kapital xərcləri qarşılığında əldə etmək hüququna malikdir. Bundan sonra, qalan gəlirin 51%-i Azərbaycan Hökumətinə, 49%-i isə "Anglo Asian"a ayrılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
12 d. əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
21 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
33 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 37 d. əvvəl
-
38 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
1 saat əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Ən çox oxunanlar
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti































