"Əsas neft ölkələrinin qərarı bazarda qıtlığa səbəb ola bilər"
Fitch ekspertləri hesab edir ki, OPEC+-ın qərarı bazarda kəsirə səbəb ola bilər. Agentliyin proqnozuna görə, 2023-cü ildə tələbat gündəlik 2 milyon barel artacaqOPEC+ ölkələrinin may ayından bu ilin sonuna kimi neft hasilatını könüllü şəkildə azaltmaq qərarı qısa müddətdə qiymətləri dəstəkləməlidir və Çində tələbin bərpası şəraitində bu, 2023-cü ilin ikinci yarısında neft bazarında defisitə səbəb ola bilər.
Marja xəbər verir ki, bu, Fitch beynəlxalq reytinq agentliyinin çərşənbə axşamı dərc etdiyi məqaləsində bildirilir.
Bununla yanaşı, Agentliyin ekspertləri hələ də 2023-cü il üçün Brent kotirovkalarının qiymətlərini bir barel üçün orta hesabla 85 dollar səviyyəsində proqnozlaşdırırlar, lakin onların qısamüddətli artımını istisna etmirlər.
"Hasilatın azaldılması qərarı bazarın bu il kəsirlə üzləşəcəyi ehtimalını artırır, çünki ABŞ Enerji Departamentinin Enerji İnformasiya İdarəsi (EIA) 2023-cü ildə tələbin gündəlik 2 milyon barel artacağını təxmin edir. Tələbat artımının təxminən yarısı Çindən olacaq"- məqalədə deyilir.
Mart ayında Fitch 2023-cü il üçün Brent qiymətləri proqnozunu dəyişməyərək barel üçün 85 dollar səviyyəsində saxlayıb. “Son qərar [OPEC+ ölkələrinin neft hasilatının azaldılması] bizim proqnozlarımıza birbaşa təsir göstərmir”, - agentlik qeyd edib. Buna baxmayaraq, ekspertlər qısa müddətdə neftin qiymətinin qalxacağını istisna etməyiblər.
Aprelin 2-də bir sıra OPEC+ ölkələri dünya enerji bazarının sabitliyini təmin etmək üçün may ayından cari ilin sonunadək neft hasilatının könüllü azaldılmasını elan ediblər. Bu qərarlar OPEC+ nazirlərinin monitorinq komitəsinin aprelin 3-də keçirilən iclasının yekunları üzrə təsdiqlənib. Könüllü ixtisarın ümumi həcmi gündəlik 1,66 milyon barel nəzərdə tutulur və OPEC+ sazişi çərçivəsində hasilatın gündəlik 2 milyon barel azaldılmasına dair 2022-ci ilin noyabrından qüvvədə olan razılaşmaya əlavə olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 29 d. əvvəl
-
- 59 d. əvvəl
-
1 saat əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
1 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
Ən çox oxunanlar
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















