"Putin məni hədələyib"
"Boris mən sənə zərər vurmaq istəmirəm, lakin bu məsələ raketlərin köməyi ilə dəqiqələr ərzində həll olunacaq”.Böyük Britaniyanın sabiq baş naziri Boris Conson (2019-2022) Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən öncə Prezident Vladimir Putinlə telefon danışığının təfərrüatlarını açıqlayıb.
“The Telegraph” və “Daily Mail” qəzetlərində dərc olunan məqalədə Rusiya Prezidentinin Boris Consonu qorxutmaq istədiyi vurğulanıb.
Böyük Britaniya baş nazirinin Ukraynaya hücum etməmək barədə xəbərdarlığına Vladimir Putinin cavabı belə olub: “Boris, siz Ukraynanın yaxın zamanlarda NATO-nun üzvü olmayacağını deyirsiniz. Burada hansı zamandan söhbət gedir?” Boris Consonun cavabı belə olub: “Ukrayna yaxın gələcəkdə alyansa üzv olmayacaq. Siz bunu çox yaxşı bilirsiniz”.
Nazirlər Kabinetinin sabiq başçısı Rusiya prezidenti ilə telefon danışığında Ukraynaya qarşı təcavüzün fəlakətə səbəb olacağını, Qərb sanksiyaları və NATO-nun Rusiya sərhədlərində cəmlənməsi ilə nəticələnəcəyini, Londonun isə Kiyevə dəstək verəcəyini deyib: “O (Putin) məni hədələməyə başladı və dedi - Boris mən sənə zərər vurmaq istəmirəm, lakin bu məsələ raketlərin köməyi ilə dəqiqələr ərzində həll olunacaq”.
Conson Putinlə telefon söhbətinin təfərrüatlarını ilk seriyası bu gün axşam saatlarında BBC telekanalında yayımlanacaq “Putin Qərbə qarşı” (Putin vs the West) üçseriyalı sənədli filmində açıqlayıb.
Həmin telefon danışığı 2022-ci il fevralın 2-də Boris Consonun Ukraynaya səfərindən sonra baş tutub. Kremlin mətbuat xidmətinin məlumatına görə, Vladimir Putin telefon danışığında NATO-nun Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı narahatlığına adekvat reaksiya verməyə hazır olmadığını deyib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
10 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)







