970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir

AzVak-mobil_resmin_ustu_31
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Xalq Bankın təşkil etdiyi stimullaşdırıcı “Əmanət” lotereyası davam edir.

Lotereyanın birinci tiraj mərhələsinin başa çatmasına az müddət qalıb: müştərilər 30 iyun tarixinədək Xalq Bank filiallarında əmanət yerləşdirərək bu tirajda iştirak şansı əldə edə bilərlər. İlk şanslı qaliblərin adları isə 10 iyul tarixində bəlli olacaq.

Şərtlərə əsasən, 1 aprel-30 dekabr 2026-cı il tarixlərində Xalq Bankın Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallarında minimum 500 AZN / 300 USD, digər regionlarda yerləşən filiallarda isə minimum 250 AZN / 150 USD məbləğində əmanət yerləşdirən müştərilər lotereyada iştirak etmək şansı əldə edirlər.

Lotereyada iştirak etmək üçün müştərilər Xalq Bankın “Müddətli”, “Proqress”, “VİP-Rantye” əmanət növləri üzrə depozit yerləşdirməlidirlər.

4 tirajdan ibarət olan lotereyada iştirakçıları 50 000 AZN də daxil olmaqla müxtəlif məbləğlərdə pul mükafatları gözləyir. Daha geniş iştirak imkanını təmin etmək məqsədilə filiallar 5 qrup üzrə bölünüb:

1-ci qrup: Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallar

2-ci qrup: Gəncə, Qazax, Şəmkir, Tovuz, Mingəçevir filialları

3-cü qrup: Zaqatala, İsmayıllı, Şamaxı, Şəki, Yevlax filialları

4-cü qrup: Xaçmaz, Şabran, Qusar, Quba, Siyəzən filialları

5-ci qrup: Neftçala, Cəlilabad, Lənkəran, Şirvan, Göyçay filialları

Lotereya çərçivəsində ümumilikdə 227 qalibə pul mükafatı təqdim ediləcək. Uduş fondu cəmi 452 500 AZN olmaqla, 2 ədəd 50 000 AZN, 45 ədəd 5 000 AZN, 75 ədəd 1 000 AZN və 105 ədəd 500 AZN məbləğində pul mükafatlarından ibarətdir.

1-ci, 2-ci və 3-cü tirajlarında hər filial qrupu üzrə ayrı qaliblər müəyyən ediləcək. 4-cü tirajda isə əsas mükafat üzrə qaliblər iki qrup üzrə müəyyən olunacaq: Bakı və Sumqayıt filialları üzrə 1 qalib 50 000 AZN, region filialları üzrə isə 1 qalib 50 000 AZN qazanacaq.

Tirajların keçirilmə tarixləri: 1-ci tiraj – 10 iyul 2026-cı il, 2-ci tiraj – 12 oktyabr 2026-cı il, 3-cü və 4-cü tirajlar – 12 yanvar 2027-ci il.

Müştərilər Xalq Bankda 3,6,12,18,24 ay müddətində sərfəli şərtlərlə əmanət yerləşdirərək AZN üzrə illik 10.5%-dək, USD üzrə 2.5%-dək gəlir əldə edə bilərlər. Müxtəlif çeşidli əmanət məhsulları arasında faiz gəlirini aylıq və ya müddətin sonu təklif edən, əmanəti artırma və ya azaltma imkanları olan məhsullar arasında seçim etmək mümkündür.

Lotereyaya qoşulmaq üçün XalqOnline mobil tətbiqinin “Lotereya” bölməsində iştirakı təsdiq etmək tələb olunur.

Şərtlər barədə ƏTRAFLI: https://www.xalqbank.az/az/ferdi/kampaniyalar/lotereya

Xalq Bank əmanət lotereyası Xalq Bank hədiyyəli əmanət kampaniyası Xalq Bank depozit lotereyası 2026 Xalq Bank 50000 AZN uduş Xalq Bank stimullaşdırıcı lotereya Xalq Bank əmanət kampaniyası şərtləri Xalq Bank müddətli əmanət Xalq Bank Proqress əmanət Xalq Bank VIP Rantye əmanət Xalq Bank depozit faizləri Xalq Bank AZN əmanət faizi Xalq Bank USD əmanət faizi Xalq Bank filiallarında əmanət Xalq Bank lotereya tirajı 2026 Xalq Bank mükafat fondu 452500 AZN Xalq Bank depozit kampaniyası Xalq Bank əmanət yerləşdir uduş qazan XalqOnline lotereya bölməsi Xalq Bank müştərilər üçün kampaniya Azərbaycanda bank əmanət kampaniyaları
18.05.2026 15:44
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19