TƏBİB-in İcraçı direktoruna yeni müavinlər təyin edildi
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyəti sədri, TƏBİB-in Müşahidə Şurasının sədri Zaur Əliyev, Müşahidə Şurasının üzvləri - Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Səhiyyə nazirinin müavini İlqar Qasımov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov iştirak edib.
İclasın gündəliyinə tibb müəssisələrinin nizamnamələrinə dəyişiklik edilməsi, TƏBİB-in İcraçı direktorunun müavinlərinin təsdiq olunması və s. məsələlər daxil edilib.
İclasda Anar İsrafilov və Araz Nəsirov TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müavinləri təyin edilib.
Anar İsrafilov
İcraçı direktorun müavini
Anar İsrafilov Azərbaycan Tibb Universitetində Pediatriya ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb.
Hazırda Azərbaycan Tibb Universitetində Nefrologiya ixtisası üzrə doktorantura pilləsi üzrə təhsilini davam etdirir.
Bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi işləyib.
2006-2022-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
Araz Nəsirov
İcraçı direktorun müavini
1998-2003-cü illərdə Türkiyənin Trakya Universitetində Maliyyə menecmenti ixtisası üzrə təhsil alıb. 2014-cü ildə ADA Universitetində İdarəetmənin inkişafı ixtisası üzrə, 2021-ci ildə Amerika Dyuk Universitetində Layihələrin idarəetməsi ixtisası üzrə təhsil alıb.
2008-ci ildə “Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti vəzifəsində işləyib. 2004-2009-cu illərdə Palmali Şirkətlər Qrupunun aparıcı analitiki vəzifəsində çalışıb. 2014-2018-ci illərdə “Paşa Sığorta” ASC-nin risk meneceri kimi fəaliyyət göstərib. 2018-2022-ci illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
11 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 14 d. əvvəl
- 27 d. əvvəl
- 30 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)
.jpg)











.jpg)





