Ən böyük banklardan biri olan Bank Respublika maliyyə göstəricilərini açıqladı
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2022-ci ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 01 oktyabr 2022-ci il tarixinə bankın aktivləri 1,5 milyard manatı ötüb ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
"Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank dayanıqlı inkişaf üçün kifayət qədər yüksək məbləğdə kapital ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 21% artaraq 119,04 milyon manat olmuş və minimum məcmu kapital normasını 2 dəfədən çox üstələmişdir",- press-relizdə bildirilir.
Press-relizdə qeyd edilir ki, 9 ayın yekunlarına görə, bankın depozit portfelində də inamlı artım müşahidə olunur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın depozit portfeli 19% artıb ki, bu da çoxsaylı müştərilərin “Bank Respublika”ya olan inamını bir daha təsdiqləyir.
2022-ci ildə Bank Respublika həm bank həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsini davam etmişdir. Bank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Hollandiya İnkişaf Bankı (FMO), Cənub-Şərqi Avropa üçün Avropa Fondu (EFSE), Avropa İnvestisiya Şirkəti (EMF Microfinance Fund) kimi nüfuzlu beynəlxalq maliyyə institutları ilə kredit müqaviləsi bağlamışdır. Cəlb olunan vəsaitlər mikro və kiçik biznesin, xüsusən də regionlardakı sahibkarların maliyyələşdirilməsinə yönəldilib.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın beş aparıcı bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə institututlarından biri olan - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Müsbət" proqnozlu "B3" reytinqinə (Moody's) malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




