Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Coca-Cola Azərbaycan iqtisadiyyatına 200 milyon ABŞ dollarından artıq sərmayə yatırıb. Təkcə ötən il şirkət dövlət büdcəsinə 45,5 milyon manat vergi ödəyib.(®) 28 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Rəna Məmmədovanın “Tərəqqi” medalı ilə təltif olunması, eyni zamanda “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin dövlət büdcəsinə ən çox vergi ödəyən 100 şirkət sırasında 28-ci yerdə qərarlaşması Türkiyə mediasında da geniş maraq və diqqətə səbəb olub.
Türkiyə mediasının nəhənglərindən olan CNBC-e, TradingView və bir çox nüfuzlu media qurumlarında yayımlanan xəbərlərdə Rəna Məmmədovanın dövlət təltifinə layiq görülməsi həm Azərbaycan biznes mühitinin inkişafının, həm də Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının uğurlu nümunələrindən biri kimi qiymətləndirilir, həmçinin “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin Azərbaycanın qeyri neft ve qeyri dövlət sektorunda ən çox vergi ödəyən şirkətlər siyahısında ilk 10-luğa düşdüyü də vurğulanıb.
Eyni zamanda şirkət ölkədə yerli istehsalın inkişafı, dayanıqlı biznes prinsiplərinin tətbiqi, ətraf mühitin qorunması və sosial layihələrin dəstəklənməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərlə yer alıb. Şirkətin fəaliyyəti çərçivəsində minlərlə insan üçün birbaşa və dolayı məşğulluq imkanlarının yaradılması, yerli tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, ölkənin qeyri-neft sektoruna verdiyi davamlı töhfələr qeyd olunub.
Qeyd edək ki, “Azerbaijan Coca-Cola Bottlers” dövlət və özəl sektorun əməkdaşlığının ən parlaq nümunələrindəndir. Şirkət ölkədə tullantıların azaldılması, su ehtiyatlarının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədilə icma layihələrinə 4,7 milyon, Azərbaycan iqtisadiyyatına isə 200 milyon ABŞ dollarından artıq sərmayə yatırıb. Təkcə ötən il şirkət dövlət büdcəsinə 45,5 milyon manat vergi ödəyib. Qeyri-neft sektorunda ölkə iqtisadiyyatına töhfə verən şirkətlər siyahısında isə ilk 10-luqdadır.
Xatırladaq ki, “Coca-Cola” məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək və fərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur.
2025-ci ilin 26 may tarixində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsinin açılışı olub. İsmayıllı rayonunun Topçu kəndində yerləşən bu müəssisə 15 hektar ərazidə inşa edilib və illik 165 milyon litr istehsal gücünə malikdir. Zavodun investisiya dəyəri 80 milyon manatdır. İsmayıllı rayonunda belə bir istehsal müəssisəsinin açılması bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, sənaye potensialının reallaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Həmçinin, zavoda İqtisadiyyat Nazirliyi tərəfindən 7 illik investisiya təşviqi sənədi alıb.
Yeni müəssisənin açılması istehsalın lokallaşdırılmasını, texnologiya transferini və idxalın əvəz olunmasını stimullaşdırır.
Ümumilikdə 400-ə yaxın işçisi olan “Coca-Cola Azərbaycan” eyni zamanda təchizat zənciri vasitəsilə 5000-dən çox iş yerini dəstəkləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
- 15 d. əvvəl
-
22 d. əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
54 d. əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
1 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
-
2 saat əvvəl
Əməkdaşlığın inkişafı üçün Azərbaycan-Niderland Ticarət Palatası təsis edilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Xırdalanda 2700-dən çox mənzilli kompleksdə mühüm yenilik - RƏSMİ SƏNƏD İMZALANIB
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Ən çox oxunanlar
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib


















.jpg)





