Azərbaycanda peşəkarlar varlıların pullarını idarə etməyə başlayır - YENİ XİDMƏT
(®) 2007-ci ildən etibarən fond bazarının peşəkar iştirakçıları reytinqində aparıcı yerlər tutmağa davam edən və daima müştərilərinə innovativ investisiya xidmətləri təqdim edən “Unicapital” İnvestisiya Şirkətinin yeni məhsulu olan "UTrust" xidməti artıq istifadəyə verilib.
Zamanınızı bazar hərəkətlərini izləyib, analiz etməyə sərf etmək istəmirsinizsə Sizin üçün ən uğurlu həll yolu “UTrust” ilə sərmayələrinizi peşəkarlara həvalə etməkdir. Xidmətin əsas məqsədi müştəri kapitalının dəyərini qoruyub, artırmaqdır.
Yeni xidmət haqqında məlumatı nəzərinizə çatdırmaq istərdik.
UTrust-da 3 əsas investor kateqoriyası mövcuddur:
İnvestisiya məqsədləriniz və gəlirlilik üzrə gözləntilərinizə əsasən, yuxarıda qeyd olunan kateqoriyalar çərçivəsində sizə xüsusi investisiya portfeli təqdim ediləcək. Şirkətin mütəxəssisləri tərəfindən yatırım ediləcək vəsaitin müxtəlif növ aktivlər üzrə yerləşdirilməsi və balanslaşdırılmış portfelin tərtib edilməsi nəzərdə tutulub.
Fiziki şəxslər üçün minimal investisiya məbləği 10 000 AZN və ya 10 000 USD təyin edilib (portfelin valyutasına əsasən fərqlənir).
Niyə “UTrust”?
-Şirkətin fərdi yanaşması kapitalınızın ən effektiv şəkildə idarə olunmasını təmin edir;
-Vəsaitiniz mövcud qlobal və strateji reallıqlara uyğun addımlarla idarə olunur;
-Xidmət həm fərdi, həm də korporativ müştərilər üçün uyğundur;
-Vəsaitiniz investisiya sahəsində 15 ildən çox təcrübəyə sahib olan peşəkarlar tərəfindən idarə olunur.
Şirkət üçün əsas məqsəd hər zaman eynidir – müştərilərə şəffaf, peşəkar və ən innovativ xidmət göstərmək.
Unicapital İnvestisiya Şirkəti (100% payı "Unibank KB” ASC- yə məxsusdur) Azərbaycanda ən yaxşı investisiya xidmətləri təminatçısı və innovativ nailiyyətlərinə görə çoxsaylı beynəlxalq mükafatlara, o cümlədən, Böyük Britaniyanın “International Finance” jurnalının araşdırmasına görə “Azərbaycanın Ən İnnovativ Maliyyə Təşkilatı – 2021”, “Azərbaycanda Ən Yaxşı Forex Provayderi – 2021”, “Azərbaycanın Ən Yaxşı İnvestisiya Şirkəti – 2020” mükafatlarına layiq görülüb.
Vəsaitinizin idarə olunmasını peşəkarlara həvalə edin!
Əlavə məlumat üçün: UTrust
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





