Artıq Google Pay də ABB kart sahibləri üçün əlçatandır
Bu gündən etibarən ABB-nin kart sahibləri Google Pay vasitəsilə də ödənişlər edə bilərlər.
Bankın yaydığı məlumatda bildirilir ki, Google Pay rahat və təhlükəsiz ödəniş həllidir. İstifadəçilərə Android sistemini dəstəkləyən cihazlarla tam təmassız ödəniş aparmaq imkanı yaradır. Müştəri sadəcə mobil telefonunu ödəniş terminalına yaxınlaşdırıb anında ödənişlərini apara bilir. Google-un innovativ texnologiyaları bütün əməliyyatların təhlükəsizliyinə ən yüksək səviyyədə təminat verir.
Google Pay ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödənişlər edə bilərsiniz. Bu imkandan yararlanaraq yemək və ərzaq çatdırılması, onlayn alış-verişlər və digər ödənişlər aparmaq da çox rahatdır. Bu zaman hər dəfə mürəkkəb formaları doldurub qeydiyyatdan keçməyə ehtiyac qalmır. Kart məlumatlarını cəmi bircə dəfə sistemə daxil edib Google Pay-in üstünlüklərindən faydalanmaq olur.
Google Pay-dən istifadə çox asandır. Bunun üçün kart sahibi ABB mobile-dan kartını elektron pulqabı olan Google Wallet-ə əlavə etməklə rahat şəkildə təmassız ödənişlər edə bilər. Google Pay-dən istifadə edən müştərilər ABB-nin öz kart sahiblərinə verdiyi bonus və endirimlərdən də faydalanırlar.
Google Pay haqqında daha ətraflı məlumatları https://pay.google.com platformasından və ABB-nin saytından öyrənə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
11 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 14 d. əvvəl
- 27 d. əvvəl
- 30 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb







.jpg)









.jpg)








