“PAŞA Bank”ın xalis mənfəəti 28% artıb
Azərbaycanın ən böyük özəl bankı olan “PAŞA Bank” ASC 2022-ci ilin birinci yarısını 64 milyon 844 min manat xalis mənfəət ilə başa vurub.
Bank 2021-cii lin birinci yarısını 50 milyon 640 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “PAŞA Bank” ASC-nin 2022-ci ilin 1-ci yarısında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 14 milyon 204 min manat və ya 28% artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, “PAŞA Bank”ın 2022-ci ilin birinci yarısında cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 223 milyon 849 min manat, cəmi əməliyyat xərcləri 128 milyon 688 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 95 milyon 161 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 9 milyon 114 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 21 milyon 203 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin birinci yarısında “PAŞA Bank”ın cəmi əməliyyat gəlirləri 188 milyon 833 min manat, cəmi əməliyyat xərcləri 102 milyon 213 min manat, əməliyyat mənfəəti 86 milyon 621 min manat, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırması 24 milyon 473 min manat, ödənilmiş mənfəət vergisi 11 milyon 507 min manat təşkil etmişdi.
BANK DAHA DA BÖYÜYÜB
30 İyun 2022-ci il tarixində “PAŞA BAnk” 7 milyard 422 milyon 62 min mant cəmi aktivlərə, o cümlədən 2 milyard 510 milyon 754 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank 2021-ci ilin sonunda 6 milyard 408 milyon 381 min manat cəmi aktivlərə, 2 milyard 545 milyon 578 min manat kredit portfeli təşkil etmişdi. Beləliklə, ilk 6 ayda “PAŞA Bank”ın cəmi ativləri 1 milyard 13 milyon 681 min manatartıb, kredit portfeli isə 34 milyon 824 min manat azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 saat sonra
-
-
49 d. əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 57 d. əvvəl
-
58 d. əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
1 saat əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında
Expressbankdan ilk dəfə kredit götürənlərə XÜSUSİ TƏKLİF
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
Azərbaycan şirkəti 118-ci mağazasını istifadəyə verib




















