Müasir Təhsil Kompleksinin şagirdi dünyanın 8-ci ən yaxşı universitetinə qəbul oldu
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) 11-ci sinif şagirdi Səid Nəsibov dünya universitetləri sıralamasında 8-ci pillədə olan UCL (University College London) universitetinə qəbul olmuşdur.
Kompleksin yaydığı məlumatda bildirilir ki, Səid dünyanın ən reytinqli universitetlərindən olan Korea Advanced Institute of Technology and Science (KAIST), Nanyang Technological University, National University of Singapore, University of British Columbia universitetlərindən qəbul alsa da sonda UCL universitetini seçmişdir.
Səid 2022-ci ildə Qazaxıstanda keçirilən XVIII Beynəlxalq Jautikov Olimpiadasının (IZHO) İnformatika fənni üzrə gümüş medalçısı, Beynəlxalq Lütfi Zadə Olimpiadasının İnformatika üzrə bürünc medalçısı, 2021-ci ildə keçirilən VI Beynəlxalq Meqapolis olimpiadasının İnformatika fənni üzrə bürünc medalçısı, Sinqapurda keçirilən 33-cü Beynəlxalq İnformatika Olimpiadasında Bürünc medalçısı, Respublika Fənn Olimpiadalarının İnformatika fənni üzrə qızıl medalçısı, SASMO Beynəlxalq Riyaziyyat Olimpiadasının qızıl medalçısı və digər Beynəlxalq Olimpiadaların qalibidir.
"Səidi, onun valideynini və əməyi keçən müəllimlərini təbrik edir və Azərbaycanı Beynəlxalq turnirlərdə layiqincə təmsil edən və ölkəmizin adını yüksəklərə qaldıran bütün gənclərə uğurlar arzulayırıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























