Türkiyədə inflyasiya açıqlandı - 73 faizi ötüb
Türkiyə Statistika Komitəsi (TÜİK) may ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb.
Marja xəbər verir ki, Türkiyədə illik inflyasiyası may ayında 73,50% olaraq qeydə alınıb. Proqnoz 76,2 faiz idi. Apreldə Türkiyədə illik inflyasiya (ötən ilin apreli ilə müqayisədə qiymətlərdə orta artım) 69,97% təşkil etmişdi.
TÜİK-in məlumatına görə, may ayında aylıq inflyasiya 2,98% təşkil edib. Proqnoz 4,6% idi.
May ayında illik baza inflyasiya 56,02% faiz təşkil edib.
Məlumatlar göstərir ki, istehsalçı qiymətlərində artım tempi davam edib. May ayında istehsalçı qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 132,16% artaraq rekord səviyyəyə çatıb.
Aylıq müqayisədə istehsalçı qiymətləri indeksində artım 8,76% olaraq qeydə alınıb.
Ən yüksək illik artım nəqliyyatdadır
TÜİK-in məlumatlarına görə, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qruplar müvafiq olaraq 107,62% ilə nəqliyyat, 91,63% ilə qida və alkoqolsuz içkilər, 82,08% ilə ev əşyaları olub.
Ən aşağı illik artım 19,81 faizlə rabitə qrupunda olub. Əvvəlki ilin eyni ayı ilə müqayisədə artımın aşağı olduğu digər əsas qruplar müvafiq olaraq 27,48% ilə təhsil, 29,80% ilə geyim və ayaqqabı və 37,74% ilə səhiyyə olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























