"Finoko" BOKT-un xalis mənfəəti 2 dəfədən çox azalıb
"Finoko" BOKT ASC 2021-ci ili 1 milyon 142 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Təşkilat 2020-ci ili 2 milyon 486 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "Finoko"nun xalis mənfəəti 2,2 dəfə azalıb.
Marja.az xəbər verir ki, "Finoko" BOKT-un faiz gəlirləri 2020-ci ildə 5 milyon 65 min manat ikən, 2021-ci ildə 5 milyon 725 min manat təşkil edib. "Finoko"nun faiz xərcləri isə 2020-ci ildəki 897 min manatdan 2021-ci ildə 2 milyon 86 min manata yüksəlib. Eyni zamanda, ASC ötən il kredit zərərləri üçün ehtiyata 1 milyon 190 min manat ayırıb. Faiz xərclərinin artması və ehtiyata ayırma xalis mənfəətin düşməsinə səbəb olub.
Ötən il "Finoko" BOKT-un kredit portfeli (müştərilərə verilmiş kreditlər) 24,4% artaraq 23 milyon 956 min manata çatıb. 2020-ci ilin sonunda Təşkilatın kredit portfeli 18 milyon 561 min manat təşkil etmişdi.
"Finoko" BOKT ASC-nin təsisçiləri Elçin Əliyev (50%) və Elmar Əliyev (50%) qardaşlarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
11 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 14 d. əvvəl
- 27 d. əvvəl
- 30 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)









.jpg)







