Toyota istehsalı qismən dayandıracaq
Buna səbəb ehtiyat hissələrinin tədarükündə fasilələr yaranmasıdır.Yaponiyanın ən böyük avtomobil istehsalçısı Toyota Motor mayın ortalarında Yaponiyadakı səkkiz zavodunda istehsal xətlərinin bir hissəsini müvəqqəti olaraq dayandıracaq.
Marja.az xəbər verir ki, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.
İstehsal mayın 16-dan 14 konveyerdə maksimum altı günə dayanacaq. Buna səbəb koronavirusla bağlı vəziyyətə görə müxtəlif məhdudiyyətlərin tətbiq olunduğu Çindən komponentlərin tədarükündə yaranan fasilələrdir.
Yarımkeçirici çatışmazlıqları səbəbindən Toyota Motorun bu ay Yaponiyada və xaricdə avtomobil istehsalı təxminən 700 min ədəd olacaqdır. Bu, ilkin nəzərdə tutulduğundan təxminən 130 min ədəd azdır.
2021-ci ildə Toyota 10 milyon 495 min 548 avtomobil satıb ki, bu da dünyada ən yüksək göstəricidir. Eyni zamanda, yeni avtomobillərin istehsalı 2020-ci illə müqayisədə 9,4% artaraq 10 milyon 76 min 246 ədədə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
13 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
30 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 47 d. əvvəl
-
53 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim




























