970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana turist axını 11 faiz azalıb

Körfəz ölkələrindən gələnlərin sayı 31,6 faiz azalaraq 105,2 min nəfər təşkil edib.
AzVak-mobil_resmin_ustu_31
Azərbaycana turist axını 11 faiz azalıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-may aylarında Azərbaycan Respublikasına gəlmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə Azərbaycan Respublikasından xarici ölkələrə getmiş Azərbaycan Respublikası vətəndaşlarının sayı barədə məlumatları açıqlayıb.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2026-cı ilin yanvar-may aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 871,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Gələnlərin 27,2 faizi Rusiya Federasiyası, 22,0 faizi Türkiyə, 8,4 faizi İran, 5,0 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,2 faizi Özbəkistan, 2,9 faizi Hindistan, 2,7 faizi Pakistan, 2,3 faizi Çin, 2,0 faizi İsrail, 1,8 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,4 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya, 12,8 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 69,6 faizini kişilər, 30,4 faizini qadınlar təşkil etmişdir.

2025-ci ilin yanvar-may ayları ilə müqayisədə 2026-cı ilin yanvar-may aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 13,3 faiz artaraq 44,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3 faiz artaraq 336,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,6 faiz azalaraq 105,2 min nəfər, digər ölkələrdən gələnlərin sayı 16,2 faiz azalaraq 385,8 min nəfər təşkil etmişdir.

Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,0 faizi hava, 28,5 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

2025-ci ilin yanvar-may ayları ilə müqayisədə 2026-cı ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 6,3 faiz azalaraq 756,6 min nəfər olmuşdur. Vətəndaşlarımızın 40,7 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz çox), 17,3 faizi Rusiya Federasiyasına (1,3 faiz az), 11,2 faizi Gürcüstana (4,4 faiz az), 7,1 faizi İrana (39,7 faiz az), 23,7 faizi isə digər ölkələrə (11,3 faiz az) getmişdir. Gedənlərin 67,3 faizini kişilər, 32,7 faizini qadınlar təşkil etmişdir.   

2026-cı ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 69,6 faizi hava, 28,3 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

İş elanları AzVak.az-da

19.06.2026 17:51
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19