"Hava sabah axşam dəyişiləcək"
"Bakıda və Abşeron yarımadasında son 20 ildə martın 8-də müsbət temperatur qeyd olunub, yalnız 2021-ci ildə gecə 0.2 dərəcə şaxta müşahidə olunub".
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, ən isti bayram günü isə 2002-ci ildə olub ki, bu zaman maksimum temperatur 27.3 dərəcəyə çatıb:
"Adətən günəşli və dəyişkən buludlu havalar üstünlük təşkil edib. Yalnız 8 ildə hava yağışlı keçib və ən çox yağış 2016-cı ildə 8 mm yağıb. Qadınlarımızı bir qədər məyus edən əksər hallar havanın küləkli keçməsi olur. Amma nə etmək olar, Bakı küləklər şəhəridir. Bölgələrimizə gəldikdə ən minimum temperatur 2013-cü ildə müşahidə edilib. Gəncə-Qazax zonasında həmin gün hətta 11.5 dərəcə şaxta qeyd olunub. Dağlıq və dağətəyi zonalarda qar yağması və hətta qar örtüyünün yaranması halları belə nadir hadisə olmayıb. Məsələn, Balakən-Şəki zonasında 2004-cü il martın 8-də qar örtüyünün hündürlüyü 20 sm-ə çatıb".
U. Tağıyeva qeyd edib ki, bunlarla yanaşı bəzən 8 martda yay havası müşahidə edilən illər belə olub:
"2002-ci ildə Gəncə Qazax bölgəsində havanın maksimum temperaturu 29.9, Mərkəzi Aran zonasında 26.9 dərəcəyədək yüksəlib. Keçmişə qısa bir ekskursiya etdik. Bu ilin 8 mart tarixində hava şəraiti qadınlarımız kimi qözəl, mülayim olacaq. Sabah axşam isə dəyişiləcək".
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
- 33 d. əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
15 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
15 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Toyota artıq Yaponiyanın ən dəyərli şirkəti deyil
Rəsmi məzənnələr açıqlandı
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
Ən çox oxunanlar
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub























