Zelenski: “Qərb liderləri sanki yoxa çıxıblar”
"Bu gün Bağışlanan Bazar günüdür. Amma yüzlərlə, yüzlərlə qurbanı bağışlamayacağıq. Minlərlə, minlərlə xəsarət alan. Və Allah bağışlamayacaq. Bu gün yox. Sabah da yox. Heç vaxt. Bağışlanmaların əvəzinə Qiyamət günü olacaq".
Bunları Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti müraciətində deyib.
Volodimir Zelenski deyib ki, Ukrayna silahsız insanların güllələnməsini əfv etməyəcək.
"Bu gün biz Oxmatdet üzərində hava hücumundan müdafiə sistemimizin vurduğu raketi bağışlamayacağıq. Silahsız insanların güllələnməsini bağışlamayacağıq. İnfrastrukturumuzun məhv edilməsini", - Ukrayna Prezidenti deyib.
"Əksər komplekslər (müdafiə-sənaye kompleksi müəssisələri. - red.) hələ onilliklər əvvəl, hələ sovet hakimiyyəti tərəfindən tikilib. Onlar şəhərlərdə tikilib. İndi onlar normal şəhər mühitinin ortasındadırlar. Orada minlərlə insan işləyir. Yaxınlıqda yüzlərlə, minlərlə insan yaşayır. Bu isə qətldir. Qəsdən adam öldürmə”, - dövlət başçısı bildirib.
Zelenski vurğulayıb ki, heç bir dünya lideri Rusiya Müdafiə Nazirliyinin dünənki bəyanatına reaksiya verməyib.
"Mən heç bir Qərb siyasətçisindən bu açıqlamaya reaksiya eşitməmişəm. İşğalçıların cəzasızlıq hissini düşünün. Onlar planlaşdırılan vəhşilikləri elan edirlər. Niyə? Çünki heç bir reaksiya yoxdur. Sanki Qərb liderləri bu axşam, bu gün yoxa çıxıblar. Ümid edirəm ki, sabah bunu hiss edəcəksiniz, deyəcəksiniz”, - Prezident dünya liderlərinə müraciətində deyib.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 33 d. əvvəl
-
- 41 d. əvvəl
-
53 d. əvvəl
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
16 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
16 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi
Toyota artıq Yaponiyanın ən dəyərli şirkəti deyil
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
Ən çox oxunanlar
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək






















