Rusiyanın cənubunda 12 aeroportun fəaliyyəti dayandırılıb
Rusiyanın cənubundakı 12 hava limanının fəaliyyəti martın 2-dək dayandırılıb.
Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) açıqlamasında deyilir.
"Ukraynada vəziyyətin gərginləşməsi ilə əlaqədar 24 fevral 2022-ci il, Moskva vaxtı ilə saat 03:45-dən etibarən Rusiyanın cənubundakı bir sıra hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb. Məhdudiyyət 2 mart 2022-ci il tarixi, Moskva vaxtı ilə saat 03:45-dək qüvvədədir", - tənzimləyicinin bəyanatında deyilir.
Qeyd edək ki, fəaliyyəti dayandırılmış hava limanları sırasında Rostov (Platov aeroportu), Krasnodar (Paşkovski), Anapa (Vityazevo), Gelencik, Elista, Stavropol, Belqorod, Bryansk, Orel, Kursk, Voronej və Simferopol aeroportları yer alıb.
"Rusiya aviasiyasının rəhbərliyi sərnişinlərə və onları qarşılayanlara hava limanlarına gəlməyi qəti şəkildə tövsiyə etmir. Hava limanlarının və aviaşirkətlərin cədvəlindəki bütün dəyişikliklər aeroportların və aviaşirkətlərin rəsmi saytlarında, o cümlədən sosial şəbəkələrdə dəqiqləşdirilməlidir", - Rosaviasiyanın məlumatında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























