Zelenski 16 fevralı Birlik Günü elan edib
Ukrayna prezidenti Volodimir Zelenski fevralın 16-da ölkədə Birlik Günü ilə bağlı fərman imzaladığını açıqlayıb.
Bu barədə TASS informasiya agentliyi xəbər yayıb.
“Bizə fevralın 16-da hücum olacaq deyirlər. Biz isə bunu Birlik Günü elan edirik. Artıq müvafiq fərman imzalanıb. Bu gün biz dövlət bayraqları asacaq, mavi və sarı lentlər taxıb bütün dünyaya birliyimizi nümayiş etdirəcəyik”,- deyə o xalqa videomüraciətində bildirib.
Prezident etiraf edib ki, ölkəsi məsuliyyət, etimad və konkret addımlar tələb edən ciddi çağırışlarla üz-üzədir.
“Bizi böyük müharibə ilə hədələyir və işğal tarixini təyin edirlər. Bu, birinci dəfə deyil. Onlar bizimlə sistemli şəkildə bütün cəbhələrdə müharibə aparırlar. Həm hərbi həm də müstəqil şəkildə yürütdüyümüz xarici siyasətdə. Enerji və kömür tədarükünü məhdudlaşdırmaqla, informasiya sahəsində, vətəndaşlar və investorlar arasında çaxnaşma salmağa çalışırlar”,- deyə Ukrayna lideri əlavə edib.
Prezident həmçinin vətəndaşları əmin edib ki, ölkənin milli valyutası qrivnanın məzənnəsinə və maliyyə sisteminə hücumları dəf etmək üçün kifayət qədər ehtiyatlar mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























