ABŞ Ukraynadan mümkün qaçqın axınına hazırlaşır
ABŞ hakimiyyəti Ukraynadan başqa ölkələrə mümkün qaçqın axınının yaratdığı böhrana hazırlaşmaq üçün addımlar atır. Marja xəbər verir ki, bBu barədə bazar günü CBS televiziya şirkətinin efirində ABŞ maliyyə nazirinin müavini Adeval Adeyemo bildirib.
“Biz Avropadakı müttəfiqlərimizlə çox sıx işləyirik ki, onların enerji ehtiyaclarını ödəməyə kömək edə bilək. Biz həmçinin potensial qaçqın böhranına hazırlaşmaq üçün addımlar atırıq”, - o bildirib.
“Ancaq əsas seçim Putindədir. O, ABŞ və NATO ilə diplomatiya yolunu seçə bilər və ya Rusiya Federasiyası üçün ciddi iqtisadi nəticələri ehtiva edən işğalın nəticələrini qəbul edə bilər”, - Adeyemo əlavə edib.
Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı iddialar səslənir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız gərginlik adlandırıb. O, Rusiyanın heç kimə təhlükə törətmədiyini vurğulayıb və xatırladıb ki, rus qoşunlarının bütün hərəkətləri onun öz ərazisində baş verir. Eyni zamanda, Peskov bu cür bəyanatlara ilə təxribatların mümkünlüyünü istisna etməyib və Ukraynanın cənub-şərqində böhranın güc yolu ilə həlli cəhdlərinin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 4 d. əvvəl
-
- 12 d. əvvəl
- 32 d. əvvəl
- 48 d. əvvəl
-
49 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol














.jpg)






